ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi bu il oktyabr ayında Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirəcək.
18-21 oktyabr 2019-cu il tarixdə keçiriləcək tədbir üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Festivalın keçirilməsində məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya gətirməkdir. Builki festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.
Təşkilatçılar builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir. Belə ki, ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Bunun üçün aşağıdakılar tələb olunur:
Nəticələr 14 iyunda açıqlanacaq.
2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi