Biz kimik?

Azərbaycan Animasiya Assosiasiyası ölkəmizdə animasiya kino sənətinin inkişafı üçün çalışan və yalnız bu sahənin mütəxəssislərinin idarə etdiyi ictimai birlikdir.

Assosiasiyanın əsas vəzifələri bunlardır:

  • Animasiya studiyalarını, peşəkarları və həvəskarları birləşdirərək onlara dəstək olmaq;
  • Animasiya üzrə təhsil proqramlarını reallaşdırmaq;
  • Dövlət qurumları və ictimai birliklərlə əməkdaşlıq etmək;
  • Azərbaycanda və xaricdə milli animasiyanı təbliğ etmək.

Bu vəzifələri yerinə yetirmək üçün birlik müntəzəm olaraq, yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirləri həyata keçirir.

Məqsədimiz

“Azərbaycan Animasiya Assosiasiyası“ ictimai birliyinin əsas məqsədi – Azərbaycanda milli animasiya kino incəsənətinin inkişafına yardım etməkdir.

Azərbaycan Animasiya Assosiasiyasının digər məqsədləri aşağıdakılardır:

  • Milli animasiya sənayesini inkişaf etdirmək;
  • Animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək;
  • Animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq;
  • Milli animasiya maraqlarını müdafiə etmək;
  • Milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etmək.