Sən də animasiya könüllüləri sırasına qatılaraq cəmiyyətimizdə fərq yarada və Azərbaycanda animasiya kinosunun inkişafına tövhə verə bilərsən.

Könüllülük sadəcə cəmiyyət üçün çalışmaq deyil, həmçinin, kino və animasiya mütəxəssisləri ilə əlaqələr yaratmaq, dostluq qurmaq, təcrübə və yeni biliklər əldə etməkdir. Azərbaycan Animasiya Assosiasiyası animasiya sənayesinə gəncləri inteqrasiya etmək məqsədilə fərqli vəzifələr üzrə il boyunca könüllü müraciətlərini qəbul edir. Könüllülük proqramları adətən 3-6 ay aralığında davam edir və vakansiyalar veb saytımızın databazasında daim yenilənir. Aramıza qatılmaq üçün vəzifəyə müvafiq olaraq müraciət formasını doldurmaq kifayətdir.

Könüllülük proqramına təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komandada işləmə bacarığı olan, xüsusən də, animasiya sahəsinə marağı olan gənclər qatıla bilər. Könüllülük proqramını uğurla başa vuran gənclər sertifikatla təmin olunacaq.

KÖNÜLLÜLƏR QEYDİYYATI FORMU