9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
13-17 may 2026-cı il tarixlərində Nizami Kino Mərkəzi və Fluxus Space qalereyasında 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. 9-cu ANİMAFİLM Festivalının əsas mövzusu “Dəniz”dir.
Festival Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilir.
Builki festivalda:
Zəngin müsabiqə və müsabiqədənkənar proqramları
Xarici animasiya müəllifərləri ilə görüşlər
“İsi və Piti” animasiya serialının təqdimatı
Yeni Azərbaycan animasiya filmləri
“ANİMAFİLM Jurnal”ının təqdimatı
OSCAR və BAFTA filmləri
“ANİMAFİLM School: Stop-motion” vörkşopu
2-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi
Festivalın tam proqramı ilə www.animafilm.az saytımızdan tanış ola bilərsiniz.
Festivalın bu tədbirləri ödənişsizdir:
Açılış mərasimi. “İsi və Piti” və “Yulaf dönərgə”-nin premyerası. 13.05.2026 (19:30 – 21:00). Nizami kino mərkəzi. Qeydiyyatsızdır. Yaş 6+
“ANİMAFİLM School: Stop-motion” vörkşopu. Qeydiyyat mütləqdir. Yaş 16+
Digər tədbirlər üçün biletləri www.tripsome.az saytından əldə edə bilərsiniz.
Tərəfdaşlar:
Nizami Kino Mərkəzi
Nine Senses
Fluxus Space
Niderland Krallığının Azərbaycandakı səfirliyi
Kanadanın Türkiyə və Azərbaycandakı səfirliyi
British Council
Çexiya Respublikasının Azərbaycandakı səfirliyi
“Azərbaycan dili” platforması
Şekerci Cafer Erol
Eminence – Events & Catering
Almond
Cuppa Coffee
Dynamic Box
Kinobiz
OB Film
KYNO
FAMU
Bilet tərəfdaşı: Tripsome
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Festivalı animasiya kinosu vasitəsilə yaradıcılığı təşviq edir. Biz inanırıq ki, animasiya filmləri insanları birləşdirə və cəmiyyətimizdə mühüm dəyişikliklər edə bilər. ANİMAFİLM Festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir. Festival proqramına yerli və beynəlxalq müsabiqələr, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlar da daxildir.
Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında”, 2026-cı ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.
2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.
Təşkilatçılar: Azərbaycan Animasiya Assosiasiyası, “ANİMAFİLM” MMC
Festivalın direktoru: Rəşid Ağamalıyev
Festivalın icraçı direktoru: Sərxan Nəciyev
Əlaqə: animafilm.biaf@gmail.com






