18-21 oktyabr 2019-cu il tarixdə Bakıda növbəti ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. Bu barədə məlumat verən ANİMAFİLM festivalının təsisçisi Rəşid Ağamalıyevin sözlərinə görə artıq film və ssenarilərin qəbulu başlayıb. “Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını “Ənənə və inkişafa yeni baxış” kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan FilmFreeway vasitəsilə təqdim edilə bilər”, – deyə vurğulayan R. Ağamalıyev film və ssenarilər üzrə müsabiqə kateqoriyaları barədə də məlumat verdi:
O, eləcə də vurğuladı ki, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.
R. Ağamalıyev onu da xüsusilə nəzərə çatdırdı ki, bu il, həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.
Artıq 35 ölkədən 67 müraciət qəbul etdiklərini deyən R. Ağamalıyev müraciətlərin son tarixinin 31 iyul olduğunu açıqladı.