Foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri qatılıblar.
Azərbaycandan bu festivalda ANİMAFİLM beynəlxalq animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi və rejissoru Elçin Hami Axundov iştirak edib. Rəşid Ağamalıyev həm də festivalın münsiflər heyətinin üzvü olub.
Daşkənd Beynəlxalq Animasiya Forumunun bağlanış mərasimində tanınmış rejissorumuz Elçin Hami Axundov “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafat alıb. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.
Festival çərçivəsində “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama “Cırtdan” (1969, rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev), “Pıspısa xanım və Siçan bəy” (1979, rej. Məsud Pənahi, Ağanağı Axundov), “Cırtdan-pəhləvan” (1981, rej. Bəhmən Əliyev), “Anam ağaca çıxıb” (1986, rej. Firəngiz Qurbanova), “İthaf” (1990, rej. Şamil Nəcəfzadə), “Söhbətül-əsmar” (1994, rej. Elçin Hami Axundov), “Mükəmməl zədə” (2019, rej. Samir Salahov) daxil olunub.
Forumun bağlanış mərasimdə qaliblər elan olundu.
Beynəlxalq jürilər bu qalibləri seçdi:
- Grand prix (Əsas mükafat) – “На птичьих правах”, rej. Anita Çernıx (Qazaxıstan)
- Jürinin xüsusi seçimi (ən yaxşı rejissor debütü) – “Sound of silence” rej. Farhod Qafforpur (Tacikistan)
- 2022_news.tashkentInternationalForuml13
Üç gənc jüri bu qalibləri seçdi:
- Gənc jürinin mükafatı – “The Author and the Nose”, rej. Janna Abasova (Qırğızıstan, Türkiyə)
- “Ən yaxşı bir dəqiqəlik film” nominasiyası – “Дело семейное”, rej. Malikaxon Zaynutdinova (Özbəkistan).
Təşəbbüs Özbəkistanın “Dante Rustav Films” müstəqil rejissorlar birliyinin təsisçisi Dante Rustava məxsusdur. Forum Özbəkistan Kino Agentliyi, İsrail səfirliyi, İsveçrə səfirliyi yanında İsveçrə Əməkdaşlıq Ofisi və Goethe İnstitutunun dəstəyi ilə keçirib.