Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Prodüserlər Gildiyası birgə avqustun 24-də, saat 11:00-da Nizami Kino Mərkəzində prodüserlər və animatorlar üçün görüş keçirəcək.
Görüşdə prodüserlər və animatorlar birgə əməkdaşlıq perspektivləri, Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi film layihələri müsabiqəsini müzakirə edəcəklər.
Görüşə qatılmaq üçün animasiya müəlliflərinin qısametrajlı və ya tammetrajlı animasiya layihəsi olmalıdır. Görüşdə iştirak etmək üçün bu formanı doldurmağınız xahiş olunur: LİNK