Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə avqustun 5-də animasiya kinosu sahəsində çalışan peşəkarlar və həvəskarlarla görüş keçirilib.
Məlumat verildiyi kimi görüşün məqsədləri animasiya kinosunun mövcud vəziyyətinin, bu sahədə çalışan şəxslər, həmçinin dövlət, özəl və ictimai sektorlar arasında şəbəkələşmənin qiymətləndirilməsi və Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti və layihələri barədə ictimaiyyətə məlumat çatdırmaq idi.
Görüşdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə çıxış edib iştirakçıları Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) müsabiqə şərtləri ilə tanış edib, suallara cavab veriblər.