Baxış sayı: 586
2024-cü il yanvarın 4-də, animasiya rejissoru və rəssamı Vahid Talıbov vəfat edib. Bu barədə onun oğlu Çingiz Talıbov məlumat verib. Allah rəhmət eləsin!
Vahid Əbülfəz oğlu Talıbov 18 fevral 1949-cu ildə Bakıda anadan olub. 1966-1972-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 1974-1975-ci illərdə Mərkəzi Televiziya yanında “Rəssam-multiplikator” kursunda oxumuşdur. 1979-1981-ci illərdə Moskvada “Ali rejissorluq kursu”nda təhsil almışdır.
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fazaçı rəssam və animator, 1983-cü ildən rejissor qismində çalışmışdır.
1993-cü ildə Türkiyəyə köçmüşdür və orada bir neçə animasiya şirkətlərində çalışmışdır, eyni zamanda rəssamlıqla məşğul olurdu. Onun rəsm əsərləri müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib. Ankara Yetkinləşmə İnstitutunda (Ankara Olgunlaşma Enstitüsü) animasiya üzrə dərs demişdir.
Azərbaycan Animasiya Assosiasiyanın mətbuat xidməti
15.01.2024
Filmoqrafiya (rejissor işləri):
- Sandıq (1982)
- Təqib (1984)
- Sınaq (1985)
- Yeni il əhvalatı (1986)
- Arzular… Arzular… (1988)
- Nar ağacının nağılı (1989)
- Bir dəfə (1990)
- Oda (1990) (Rafiz İsmayılov ilə birlikdə)
- Lağım (1993)
Filmoqrafiya (Azərbaycanda çəkilmiş filmlər):
- Çaqqal oğlu çaqqal (1972) – rəssam assistenti
- Bulud niyə ağlayır? (1973) – rəssam assistenti
- Cırtdanın yeni sərgüzəşti (1973) – fazaçı rəssam
- Cücələrim (1975) – animator
- Günlərin bir günündə… (1975) – animator
- Dınqıl, sazım, dınqıl (1976) – fazaçı rəssam
- Şah və xidmətçi (1976) – fazaçı rəssam
- Pəncə… Qulaq… Palaz… Tikan… (1976) – animator
- Xoruz (1977) – animator
- Toplan və kölgəsi (1977) – animator
- Daş (1977) – animator
- Qız qalası əfsanəsi (1978) – animator
- Sonrakı peş-mançılıq (1978) – animator
- Toral və Zəri (1979) – animator
- Meşəyə insan gəlir (1980) – animator
- Kirpi balası və alma (1979) – animator
- Cücələrim (1980) – animator
- Sehrli ağac (1980) – animator
- Sən belə cımbılısan (1982) – animator
- Akvarium (1983) – animator
- Sandıq (1982) – rejissor
- Təqib (1984) – rejissor
- Münəccimin şagirdi (1983) – animator
- Sehrli naxışlar (1984) – animator
- Yatmaq vaxtıdır (1984) – animator
- Sınaq (1985) – rejissor
- Balaca çoban (1985) – animator
- Humayın yuxusu (1985) – animator
- Yeni il əhvalatı (1986) – rejissor, animator
- Arzular… Arzular… (1988) – rejissor, animator
- Çətin məsələ (1988) – animator
- Gəldi kosa (1988) – animator
- Göyçək Fatma (1988) – animasiya rəssamı
- Xrizantema yarpağı (1989) – animator
- Nar ağacının nağılı (1989) – rejissor, animator
- Bir dəfə (1990) – rejissor, animator
- İthaf (1990) – animasiya rəssamı
- Oda (1990) – rejissor, animator
- Lağım (1993) – rejissor, animator
Mənbələr:
- “Azərbaycan animasiyası” kitabı (2018)
- “Энциклопедия отечественной мультипликации”, Москва, “Алгоритм-книга”, 2006.
- http://kinobiz.az/celebrity/vahid-talibov/
- https://animator.ru/db/?p=show_person&pid=2691&sp=1
- https://brhd.org.tr/uyeler/vahid-talib/
- https://www.hurriyet.com.tr/yerel-haberler/ankara/olgunlasma-da-animasyon-egitimi-8144882