Rejissor Ayan Novruzun “Empty Spaces” (“Boş yerlər”) adlı animasiya filmi, “British Film Institute“un rəsmi YouTube kanalında yerləşdirilib. Animasiya filmini izləmək üçün buraya klikləyə bilərsiniz.
15-18 fevral tarixində keçirilən “BFI Future Film Festival 2024” festivalı tərəfindən seçilən animasiya filmi, 2023-cü ildə Azərbaycanda keçirilən “6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı“nda “Tamaşaçı seçimi müsabiqəsinin qalibi və “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” nominasiyasında mükafat qazanmışdır.
Animasiya filmi, qaranlıq qüvvə tərəfindən yeyilmiş sirli bir dünyada, müxtəlif materiallarla özünü dolduraraq, dayanılmaz səsləri susdurmağa çalışan tək bir insanvari varlığın həyatını əks etdirir. Bu materialların hər biri eyni mavi çantalarla gəlir, onların içindəki şeylər isə ölçü, forma və toxuma baxımından fərqlidir, amma heç biri uzun müddət qalmır. Bu təkrarlanan zaman, adi rutini pozan qəribə şəkilli bir çantanın gəlməsi ilə qırılır.
Animasiya filmi, insanın özünü tanımaq, sevmək və tamamlamaq arzusunu, həmçinin daxili və xarici mübarizələrini göstərir. Animasiya filmi, əsasən, Stop Motion texnikası ilə kölgə və işıq effektləri ilə yaradılmışdır. Minimal musiqi və dialoqdan istifadə edilmişdir.
Mənbə:
Film programme announced for BFI Future Film Festival 2024
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qalibləri, 2023, Anima.az