Hayao Miyazaki, anime sənətinin ən böyük ustalarından biri kimi tanınır. Onun yaradıcılığı, fantastik dünyaları və mənəvi mesajları ilə dolu filmləri həm nəzərdən keçirənlər, həm də izləyicilər tərəfindən böyük qiymət alır. Miyazaki, 1941-ci ildə Yaponiyanın paytaxtı Tokioda anadan olub. Uşaqlığından bəri manqa və anime animasiya filmlərinə maraq göstərir. 1963-cü ildə “Tōei Animation” studiyasında işə başlayır. Burada onun dostu və əməkdaşı olan Isao Takahata ilə tanış olur. Miyazaki, “Tōei Animation”da və digər studiyalarda bir çox animasiya filmləri layihələrinə iştirak edir. Bunlardan bəziləri “Wolf Boy Ken” (1963), “Little Norse Prince” (1968), “The Wonderful World of Puss ‘n Boots” (1969), “Animal Treasure Island” (1971), “Lupin the Third Part I” (1971), “Future Boy Conan” (1978) və 1984-cü ildə çəkilmiş “Sherlock Hound”dur.
Miyazaki, 1982-ci ildən 1994-cü ilə qədər “Animage” jurnalı üçün “Kaze no tani no Naushika” (Küləklər vadisindən Navsikaya) adlı manqa seriyasını yazır və çəkir. Bu manqa, onun ilk uzunmetrajlı filmi olan eyni adlı animasiya filminin əsasını təşkil edir. Bu film, Miyazaki və Takahatanın 1985-ci ildə yaratdıqları “Studio Ghibli”nin ilk layihəsidir. “Studio Ghibli”, Miyazaki və Takahatanın yaradıcılığı ilə dünya miqyasında tanınan və sevilən bir animasiya markası olur. Miyazaki, “Studio Ghibli” ilə birlikdə 1986-cı ildə “Laputa: Castle in the Sky” (Səma qalası Laputa), 1988-ci ildə “My Neighbor Totoro” (Qonşum Totoro), 1989-cu ildə “Kiki’s Delivery Service” (Kikinin çatdırılma xidməti), 1992-ci ildə “Porco Rosso” (Porko Rosso), 1997-ci ildə “Princess Mononoke” (Şahzadə Mononoke), 2001-ci ildə “Spirited Away” (Ruhlarla sovrulanlar), 2004-cü ildə “Howl’s Moving Castle” (Haulun yeriyən qəsri), 2008-ci ildə “Ponyo” (Ponyo), 2013-cü ildə “The Wind Rises” (Külək yüksəlir) kimi bir çox məşhur və mükafatlı anime filmlərə imza atır.
“Studio Ghibli” işçilərindən biri Miyazaki haqqında belə demişdir: “Miyazaki çox vaxt ssenari yazmır. O, animasiya filminin çəklişləri başlamazdan əvvəl yalnız storyboard rəsmləri çəkər. Heç kim animasiya filminin necə bitəcəyini bilmir. Miyazakidən ssenari yazmamasının səbəbini soruşduqda “Animasiya filmlərini idarə edən personajların niyyətidir. Heç kim taleyini (başına gələcəkləri) yaza bilməz. Sadəcə niyyətini qeyd edə bilərsən, digər şeylər taleyinə bağlıdır.” deyə cavab verdi mənə”.
Miyazaki, anime filmlərində insanlarla təbiət arasındakı münasibətləri, müharibə və çarəsizliyin səbəb olduğu zərərləri, uşaqlığın və böyüməyin çətinliklərini, sevginin və dostluğun gücünü və digər bir çox mövzunu işləyir. Onun anime filmləri, əslində çox sadə və başa düşülən bir dildə, bədii və təsirli bir şəkildə danışır. Miyazaki, həmçinin, uçuş və təyyarələrə olan marağı ilə də tanınır. Bu maraq, onun atasının təyyarə hissələri istehsal edən “Miyazaki Airplane” şirkətinin direktoru olmasından qaynaqlanır. Miyazaki, filmlərində uçuşu bir azadlıq, arzuların gerçəkləşməsi və xəyal gücünün ifadəsi kimi təqdim edir.
Miyazaki, 2023-cü ildə son anime filmi olan “The Boy and the Heron” (Oğlan və Quş) adlı animasiya filmini çəkir. Bu animasiya filmi, Miyazaki üçün bir növ vidalaşma anime filmi kimi qəbul edilir. Animasiya filmi, oğlanın quşla dostluğunu və onun təbiət ilə bağlı macəralarını bizə göstərir. Animasiya filmi, Miyazaki üçün xarakteristik olan mənəvi və fəlsəfi mövzuları işləyir. Bu animasiya filmi, həm Yaponiyada, həm də dünyanın digər ölkələrində böyük uğur qazanır və bir çox mükafat alır. Animasiya filmi, həmçinin, 2024-cü ilin “Oskar” akademiya mükafatında “Ən yaxşı animasiya filmi” kateqoriyasında namizədliyə layiq görülür.
Miyazaki, 83 yaşında olduğu halda, animasiya sənətinə olan sevgisini və həvəsini itirməyib. Onun yaradıcılığı, yeni nəsil animasiya rejissorlarına ilham və nümunə olur. Miyazaki, animasiya tarixində silinməz izlər qoyan, yaşayan bir əfsanədir.
Miyazaki, həmçinin, ssenari yazma sənətinin ustadıdır. Onun ssenariləri, onun filmlərinin ruhunu və məzmununu təşkil edir. Miyazaki, ssenarilərində göstər, danışma, ssenarini animasiyaya uyğunlaşdır və hekayəni personajlardan başla kimi xüsusi metodlardan istifadə edir. Miyazaki, ssenarilərində hekayəni yaradıcılıq, azadlıq və canlılıq ilə izah edir. Miyazaki, ssenarilərində personajlara həyat, macəra, sevgi, dostluq, müharibə, sülh, təbiət, insan, ruh, mədəniyyət, tarix, texnologiya, uçuş, xəyal və digər bir çox mövzu ilə bağlı olmaq imkanı verir. Miyazaki, ssenarilərində izləyicilərə hekayəni öz başlarına anlamaq, təfəkkür etmək və hiss etmək imkanı verir.
Miyazaki, animasiya sənətinin yaşayan əfsanəsi və anime sənətinin ustadıdır.
Müəllif: Ruslan İbrahimli
Mənbələr:
Miyazaki Hayao | Biography, Movies, & Facts | Britannica
Hayao Miyazaki – Biography – IMDb
The Boy and the Heron (2023) – IMDb
The Boy and the Heron: Inside the dark heart of Studio Ghibli’s latest animated masterpiece
Miyazaki Hayao’s Final Film to Be Known as ‘The Boy and the Heron’ – Variety
All Hayao Miyazaki Movies in Order (And Where To Watch Them) – JustWatch.
96th OSCARS® NOMINATIONS ANNOUNCED – oscars.org
Hayao Miyazaki: The Art of Storytelling – YouTube
Hayao Miyazaki: The Essence of Humanity – YouTube
The World of Hayao Miyazaki —Master of Japanese Animation – YouTube
OSMOND Andrew, Ruhların Kaçışı, Alfa Yayınları
NAPIER Susan J, Anime; Akira’dan Howl’un Hareketli Şatosuna, NAPIER Susan J, Es Yayınları