İçərişəhərdə “Divan Saat” layihəsi çərçivəsində Azərbaycanın tanınmış animasiya rejissoru, əməkdar mədəniyyət işçisi, Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisi, əslən içərişəhərli Elçin Hami Axundov ilə “Azərbaycan animasiyasının inkişaf mərhələləri” mövzusunda görüş keçirilib.
Görüşdə Elçin Hami Axundov animasiyanı yaradarkən layihə üzərində iş, personajların görünüşlərin yaradılması, materialların seçimi, kadrlama lövhəsinin yaradılması və animasiya filmlərdə səsləndirmə haqda danışıb. Görüş iştirakçılarına animasiya filmlərini yaranma prosesi nümayiş etdirilib. Elçin Hami Axundovun “Məclis” (1988) və bədii rəhbərlik etdiyi “Cəsur təyyarə” (2009) filmləri izlənildi.
Görüşdə İçərişəhər sakinləri, İçərişəhər DTMQ İdarəsinin əməkdaşları, görüş tərəfdaşı “Cult Baku”nun üzvləri və mədəniyyət işçiləri iştirak edib.
Mənbə: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (Instagram)