17 aprel tarixində Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə baş tutan “Prodüserlərin inkişaf təlimi” proqramı çərçivəsində prodüser və rejissorların öz film layihələrini təqdim etməsi üçün pitçinq keçirildi. Təlimdə Azərbaycan Animasiya Assosiasiyasının üzvləri – Şahin Əliyev (“Dar vaxtda” layihəsi), Rəşid Ağamalıyev və Nəzrin Ağamalıyeva (“Qeyri-adi qorxu” layihəsi) iştirak ediblər.
“Yaradıcı” Tədris və İnkubasiya Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər departamentinin müdiri Rəşad Əzizov Yaradıcı Sənayelər sahəsində aparılan islahatlar və görülən işlər barədə məlumat verib. Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bəktaşi isə təlim layihəsi barədə məlumat verib və belə layihələrin ölkə üçün önəmli olduğunu bildirərək belə layihələrin ölkə audiovizual sənayesinin rəqabətədavamlılığının artırılmasına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, keçən il baş tutmuş “Prodüserlərin yüksəlişi” təlimində Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimləri, tanınmış alman prodüserlər Martin Hagemann və Titus Kreyenberq öz təcrüblərini bölüşüblər.
Səkkiz həftə davam etmiş təlimlərdə təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələniblər. Programın bu ilki mərhələsində isə iştirakçılar öz filmlərini investorlara, prodüserlərə təqdim etdilər.
Tədbirdə iştirakçılar aşağıdakı layihələrin pitçinqini həyata keçirdilər:
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Mənbə: Kinoinfo.az