Azərbaycan animasiyasının inkişafında böyük xidmətləri olan sənətkarlarımız Milli Kino Günü ərəfəsində mükafatlandırılanlar sırasındadılar.
Bu gün Milli Kinomuzun yaranmasının 126 ili tamam olur. Azərbaycan Animasiya Assosiasiyası dünya kinematoqrafiyasının bir parçası olan milli kinomuzun inkişafına böyük töhfələr verən, onun yaşaması və inkişafında səylərini əsirgəməyən, nəhəng kino istehsalının bütün mərhələlərində öz vəzifə borcunu vicdanla yerinə yetirən kino işçilərini təbrik edir, onlara möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 01 avqust tarixli “Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilən kino işçilərinin sırasında Azərbaycan animasiya sənətinin inkişafına böyük töhfələr verən animasiya rəssamı Gülşən Quliyevanın “Tərəqqi” medalı və Firəngiz Qurbanovanın Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi qəlbimizi qürur hisi ilə doldurdu.
Azərbaycan Animasiya Assosiasiyası adından Azərbaycan kino işçilərinə göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildirir və vətəndaş cəmiyyətinin üzvü kimi dövlətin kino siyasətinin həyata keçirilməsində öz dəstək və töhfəmizi bundan sonrada fəaliyyətimizlə nümayiş etdirəcəyimizi vurğulamaq istərdik.
Eyni zamanda Firəngiz xanım Qurbanovanı və Gülşən xanım Quliyevanı bir daha təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!