Animasiya rejissoru Gennadi Tişşenko 20 iyul 2024-cü il tarixində vəfat edib. Bu barədə onun oğlu Roman Tişşenko məlumat verib. Allah rəhmət eləsin!
Tanınmış rejissor, yazıçı-fantast və ssenarist, rəssam və animator Gennadi Tişşenko 14 iyul 1948-ci ildə Bakıda dünyaya gəlib. Azərbaycan kinostudiyası nəzdindəki animasiya rəssamı kurslarında (1966-1968), Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində (1974-1979), Ali rejissorluq və ssenarist kurslarında (peşə animasiya rejissoru) (1982-1984) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında (1976-1988), “Multtelefilm” studiyasında (1988-2000, Rusiya) çalışıb.
Bir neçə nəsil onun əsərlərinə baxaraq böyüyüb. XX əsrin 60-70-ci illərində onun fantastik janrda çəkdiyi illüstrasiyalar sovet dövrünün məşhur “Техника молодёжи” jurnalının oxucularına böyük təsir göstərib. 80-90-cı illərdə bu oxucuların övladları rejissor Tişşenkonun animasiya filmlərini heyranlıqla izləyirdilər.
2000-2020-ci illər ərzində Gennadi Tişşenkonun bir sıra fərdi sərgiləri keçirilib, burada müəllifin təsviri sənətdə yeni istiqamət olan, Qərb mədəniyyəti və Şərqin mənəvi-mistik ənənələrini ətraf aləmin dərkinin intellektual-rasional yolunda birləşdirən “avatarizm” cərəyanını əks etdirən əsərləri nümayiş olunub.
Filmoqrafiya (Azərbaycanda çəkilən filmlər):
Mənbələr:
Gennadi Tişşenkonun oğlu Roman Gennadiyeviç Tişşenko
www.cosmatica.com – https://cosmatica.org/news/1914-vstal-v-vechnyi-stroi-gennadii-ivanovich-tischenko.html
Azərbaycan Animasiya Assosiasiyanın mətbuat xidməti
27.10.2024-cü il
2018-ci ildə dərc olunan “Azərbaycan animasiyası” kitabında Gennadi Tişşenko ilə geniş müsahibə yer alıb. Həmin müsahibəni təqdim edirik:
“Azerbaycan animasiyasi” kitabi – Gennadi Tişşenko ilə müsahibə