2025-ci il, martın 23-də Animasiya Evində “İntensiv 2D animasiya kursu” başlayıb. Kursa 45 müraciət daxil olub, 18 tələbə kursa seçilmişdir. Kurs bir ay davam edəcək və dərslər həftədə altı dəfə olmaqla keçiriləcək. Kursun sonunda ən bacarıqlı tələbələr yeni animasiya filminin istehsalına cəlb olunacaq və işlə təmin ediləcəklər.
Kurs ərzində tələbələr 2D animasiyanın əsaslarını, hərəkət qanunlarını, layihə menecmentini, animasiya istehsalının mərhələlərini və “Procreate” və “Clip Studio Paint” proqramlarında işləməyi öyrənəcəklər.
Kursu Azərbaycanın peşəkar animatorları və rejissorları aparacaqlar:
– Elçin Hami Axundov – Əməkdar mədəniyyət işçisi, “Tıq-Tıq xanım”, “Narqız” filminin rəssamı. 40-dan çox animasiya filmlərinin rejissoru, quruluşçu rəssamı və animatoru.
– Məsud Pənahi – “Tıq-Tıq xanım”, “Narqız” və digər animasiya filmlərinin rejissoru və rəssamı. 60-dan çox animasiya filmlərinin rejissoru, quruluşçu rəssamı və animatoru.
– Nəzrin Ağamalıyeva – “Hədis” filminin rejissoru.
– Firəngiz Bağırova – “Narqız” filminin aparıcı animatoru.
– Rüstəm Bəşirov – “İnanna” filminin rejissoru, “Narqız” filminin animatoru.
– Emil Şiran – “Narqız” və “İnanna” filmlərinin animatoru, kompozitinq üzrə mütəxəssis.
– Mehriban Əliyeva – “Narqız” filminin animatoru.
– Leyla Novruzova – “Narqız” filminin koloristi.
– Rəşid Ağamalıyev – “Hədis” və “Narqız” filminin prodüseri.
Kurs Azərbaycan Animasiya Assosiasiyası və ANİMAFİLM Məktəbi tərəfindən təşkil olunur.