Martın 23-də “İntensiv 2D animasiya kursu” başlayır. Kurs bir ay davam edəcək və dərslər həftədə altı dəfə olmaqla keçiriləcək. Kursu Azərbaycanın ən peşəkar animatorları və rejissorları aparacaqlar. Kursun sonunda ən bacarıqlı tələbələr yeni animasiya filminin istehsalına cəlb olunacaq və işlə təmin ediləcəklər.
Kurs ərzində tələbələr 2D animasiyanın əsaslarını, hərəkət qanunlarını, layihə menecmentini, animasiya istehsalının mərhələlərini və “Procreate” proqramında işləməyi öyrənəcəklər.
Rəssamlıq üzrə baza biliklərə malik tələbələr kursa qəbul oluna biləcəklər.
Kursa yazılmaq istəyən şəxslər bu formanı doldurmalıdır. Yerlər məhdud olduğundan təşkilatçılar tələbə seçimi aparacaqlar. Kursda iki ödənişsiz yer nəzərdə tutulur.
Kursun mentorları:
Kurs “Azərbaycan Animasiya Assosiasiyası” və “ANİMAFİLM Məktəbi” tərəfindən təşkil olunur və Animasiya Evində baş tutacaq.
📍 Ünvan: İçərişəhər metrosu, Bünyad Sərdarov küçəsi, 2.
💰 Kursun qiyməti: 190 AZN