

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən həyata keçirilən və yerli kino sənayesində böyük maraqla qarşılanan müsabiqənin qiymətləndirmə mərhələsi uğurla başa çatıb. Bədii Keyfiyyətə Nəzarət Komissiyasının rəylərinə əsasən, müsabiqəyə təqdim olunan 38 layihədən 19 film layihəsi qalib adını qazanıb!
Milli kinematoqrafiyamızın inkişafı, müstəqil prodüser mərkəzləri arasında sağlam rəqabət mühitinin yaradılması və birgə film istehsalı imkanlarının genişləndirilməsi məqsədilə keçirilən müsabiqədə dəstək alacaq 19 layihənin növlər üzrə statistikası belədir:
Qalib filmlərin kateqoriyaları:
“Animasiya” kateqoriyasında udan şirkətlər və layihələr:
“Qısametrajlı süni intellekt” kateqoriyasında udan şirkətlər və layihələr:
Qeyd edək ki, “Oğlan və xurma ağacı” Azərbaycan kino tarixində ilk Gürcüstan-Azərbaycan birgə istehsal (koprodakşn) animasiya filmidir.
Qalib gələn bütün kino şirkətlərini və yaradıcı heyətləri təbrik edir, layihələrini uğurla tamamlayıb ekranlara daşımalarında müvəffəqiyyətlər arzulayırıq!