

8 Noyabr – Zəfər Günü münasibəti ilə İctimai TV saat 10:20-də “Narqız” qısametrajlı animasiya filmini nümayiş etdirəcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “PERİ FİLM” MMC tərəfindən 2024-cü ildə istehsal olunan film tanınmış Azərbaycan animasiya rejissoru Məsud Pənahinin quruluşunda ərsəyə gəlib.
I və II Qarabağ müharibəsi, doğma torpaqlara qayıdış, Qarabağın dirçəlişi mövzularını əhatə edən “Narqız” animasiya filmi böyüklərə hörmət, kiçiklərə diqqət, təbiətə qayğı və mina təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini vurğulayır. Film uşaqların və vətəndaşlarımızın həyatının qorunmasına çağırır.
Filmin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi və İsmayıl İman, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssamı Elçin Hami Axundov, səsləndirmə rejissoru Qurban Məsimov, redaktorları Rafiq Məmmədli və Gülşən Hüseynovadır.
“Narqız” animasiya filminin iştirak etdiyi beynəlxalq festivallar və tədbirlər:
• Azərbaycanda “Azərbaycan Kinosu Günü” tədbiri (2026)
• Qazaxıstanda URKER Beynəlxalq Animasiya Filmləri Festivalı – “TÜRKSOY xüsusi mükafatı” (2025)
• Azərbaycanda 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (2025)
• Qırğızıstanda Toon Dook Beynəlxalq Animasiya Festivalı (2025)
• Almaniyada Kino über Land e.V. Festivalı (2025)
• Gürcüstanda TOFUZI Beynəlxalq Animasiya Filmləri Festivalı (2025)
• Azərbaycanda “ANİMAFİLM Gəncədə” festivalı (2025)
• Azərbaycanda “ANİMAFİLM Lənkəranda” festivalı (2025)
• Azərbaycanda “ANİMAFİLM Xankəndidə” festivalı (2025)
• Azərbaycanda “ANİMAFİLM Laçında” festivalı (2025)
• Azərbaycanda Bakı Beynəlxalq Film Festivalı (2025)
• Azərbaycanda “Sehrli nağıllar” sərgisi (2025)
• Çexiyada “Məsud Pənahi ilə animasiya axşamı” tədbiri (2025)
• Azərbaycanda filmin premyerası (2025)