Leyla Novruzova

Rejissor, animator, rəssam

Tərcümeyi-hal:

Novruzova Leyla Ruslan qızı 2003-ci il martın 30 Bakı şəhərində anadan olub. 2021-ci ildən Azərbaycan Rəssamlıq Akademiyasına animasiya filmlərinin istehsalı ixtisası üzrə təhsil alır.

2022-ci ildə “Yay”, 2023-cü ildə “Fokus Pokus” filmi ilə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına qatılıb. Həmin il “Animasiya filmləri vasitəsilə qadın haqları” vörkşopu və maliyyə proqramında iştirak edib və onun, erkən nikahlar haqqında olan, “Üzük” layihəsi, ikinci yerə layiq görülüb.

2024-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Novruzova Leyla – Vebsayt

Novruzova Leyla – Instagram

Filmoqrafiya:

1. “Yay” (qısametrajlı tələbə animasiya filmi, 2021) – rejissor, animator

2. “Fokus Pokus” (qısametrajlı tələbə animasiya filmi, 2023) – rejissor, animator

3. “Inanna” (qısametrajlı animasiya filmi, 2023) – kolorist-animator

4. “Üzük” (qısametrajlı animasiya filmi, pre-prodakşn) – rejissor, ssenari müəllifi, rəssam