Uzun müddətdən sonra Azərbaycan animasiya filmləri iri ekranlara qayıdır! Martın 23-dən etibarən kinoteatrlarda “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu Cinemaplus, Park Cinema kinotetr şəbəkələrində və Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Animasiya toplusu “Cırtdan və sehrli xalat” (2016, 2019), “Mənim balaca Şahzadəm” (2019), “Tarix” (2022) və “Baharın oğurlanması” (2023) filmlərindən ibarətdir. “Baharın oğurlanması” filminə tamaşaçılar ilk dəfə olaraq baxacaq.
BİZİMKİLƏR: CIRTDAN, BAHAR QIZ, ŞAHZADƏ VƏ QƏHRƏMAN animasiya toplusu
İstehsalçılar: “Azanfilm” studiyası, “Salnaməfilm” studiyası, “OB Film”, 2023
Müddət: 59 dəqiqə
Rejissorlar: Aleksandra Şirinova, Rəşad Əfəndiyev, Arif Məhərrəmov, Ceyhun Türksoy
Ssenari müəllifləri: Mansur Şəfiyev, Mədinə Əliyeva Yusif Şeyxov, Kənan Yusifov, İsmayıl İman, Orxan Behbid
Prodüserlər: Mansur Şəfiyev, Nazim Hüseynov, Müşfiq Hətəmov, Orxan Əliyev
Məzmun: Son dövrlərdə istehsal olunmuş animasiya filmlərini bir yerə toplayan “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” adlı milli animasiya toplusu azyaşlı tamaşaçılara əyləncəli anlar yaşadacaq. Tamaşaçılar qəhrəmanlarla birlikdə həyəcanlanacaq, əylənəcək, sevinəcək və duyğulanacaqlar.
FİLMLƏR HAQQINDA
BAHARIN OĞURLANMASI
Rejissor: Aleksandra Şirinova
Ssenari müəllifləri: Mansur Şəfiyev, Mədinə Əliyeva
Prodüser: Mansur Şəfiyev
İstehsalçı: “Azanfilm” studiyası
İl: 2023, 22 dəqiqə
Məzmun: Gül-çiçəkli Bahar qızı div tərəfindən oğurlanır. Bunu görən Balaca Qəhrəman Baharı xilas etmək istəyir. Balaca Qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaça bilirlər. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.
CIRTDAN VƏ SEHİRLİ XALAT
Rejissorlar: Rəşad Əfəndiyev, Aleksandra Şirinova
Ssenari müəllifləri: Yusif Şeyxov, Kənan Yusifov
Prodüser: Nazim Hüseynov
İstehsalçı: “Salnaməfilm” studiyası, 3D Production
İl: 2016, 2019 / 7+7 dəqiqə
Məzmun: Şahzadə qız əhalini bədheybət Təpəgözdən xilas etmək üçün Cadu nənədən kömək istəyir. Cadu nənə Sehirli xalatın göstərişilə 21-ci əsrdə yaşayan Cırtdanı köməyə çağırır. Cırtdan keçmişə gedir və Sehirli xalatın köməyilə Təpəgözə qalib gəlir.
TARİX
Rejissor: Ceyhun Türksoy
Ssenari müəllifi: Orxan Behbid
Prodüser: Orxan Əliyev
İstehsalçı: “OB Film”
İl: 2022 / 5 dəqiqə
Məzmun: Kiçik yaşlı oğlan Qarabağ ərazisindəki rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını yerinə yetirməyə çalışır. Hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqlar hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirir. Yuxudan oyanan qəhrəman kitabçasındakı işğal tarixlərinin üzərindən xətt çəkildiyini görür.
MƏNİM BALACA ŞAHZADƏM
Rejissor: Arif Məhərrəmov
Ssenari müəllifi: İsmayıl İman
Prodüser: Müşfiq Hətəmov
İstehsalçı: “Azanfilm” studiyası
İl: 2019 / 24 dəqiqə
Məzmun: Pilotun kiçik təyyarəsi qəfil xarab olur və səhraya məcburi eniş edir. Pilot səhrada Balaca şahzadə ilə qarşılaşır. Balaca şahzadə pilota yaşadığı yer haqqında danışmağa başlayır. O, tək yaşadığı planetində çox sevdiyi gülə qulluq edir. O, gülünə daha faydalı olmağın yollarını araşdırmaq üçün başqa planetlərə səyahət edir. Bu planetlərdə Balaca şahzadə müxtəlif şəxslərlə qarşılaşır. Onun ziyarət etdiyi son planet Yerdir. Yer planeti digərlərindən fərqlənir.