“Kapitan və Xəzər dənizi” (“The Captain and the Caspian Sea”) film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq film festivalı çərcivəsində “CEDOC co-production” (Central European Documentary Co-Production Market) marketdə iştirak edəcək. Proqramın əsas məqsədi layihələrin tanıdılması və digər ölkələrin də layihəyə dəstəyini cəlb etməkdir.
Film 1990-cı il 20 yanvar hadisələri haqqında animasiya ilə hibrid sənədli filmdir. Filmin rejissoru Türkan Hüseyn (Chinar Film), prodüserləri Türkan Hüseyn və Emil Nəcəfovdur.