Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə 5 avqust 2023-cü il, saat 12:00-da animasiya kinosu sahəsində çalışan peşəkarlar və həvəskarlarla görüş keçiriləcək.
Görüşün məqsədləri:
1. Animasiya kinosu sahəsində çalışan şəxslər arasında şəbəkələşmə;
2. Animasiya kinosunun mövcud vəziyyəti – dövlət, özəl və ictimai sektorlar arasında potensial əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi;
3. Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti və layihələri barədə məlumatlandırma.
Görüşdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə iştirak edəcəklər.
Görüşdə iştirak etmək üçün bu formanı doldurmağınız xahiş olunur: LİNK