Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 16-17 may tarixlərində Lənkəran şəhər Mədəniyyət Mərkəzində “ANİMAFİLM Lənkəranda” festivalı keçirilib. Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən tədbir “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində baş tutub.
İki gün ərzində festivala 900-dan çox uşaqlar, yeniyetmələr və böyüklər qoşularaq 29 filmi izləyiblər və səsvermədə iştirak ediblər.
Səsvermədə bu filmlər qalib olublar:
Hər nümayişdən sonra tamaşaçılarla geniş müzakirələr təşkil olunub. Müzakirələrin xüsusi qonaqları – ANİMAFİLM festivalının kreativ direktoru Nəzrin Ağamalıyeva, rejissor Elçin Hami Axundov, rejissor, prodüser İntiqam Hacılı, Lənkəran Dövlət Dram Teatrının aktyorları Allahverən Babayev və Əbülfəz Axundov, yazıçı və tərcüməçi Nilufər Hacılı, Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Afər Kərimov, Azərbaycan Jurnalistlər Birliyi Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Şəfahət Şəfi, Azərbaycan Yazıçılar Birliyi Lənkəran-Astara bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli, bölmənin sədr müavini, şair Ağamir Cavad iştirak ediblər.
Festivalda, həmçinin Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev iştirak edərək layihə haqqında fikirlərini söyləyiblər.
“ANİMAFİLM Lənkəranda” festivalı çərçivəsində “Anidoc” adlı sənədli animasiya vörkşopu da keçirilib. Vörkşopu rejissorlar Nəzrin Ağamalıyeva və Elçin Hami Axundov aparıblar. İki gün ərzində 10 nəfər vörkşop iştirakçılarına sənədli animasiya filmləri layihələrini necə işləyib hazırlanması, təqdim (pitching) və istehsal olunması öyrədilib.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə isə “ANİMAFİLM Naxçıvanda” tədbirləri baş tutub.
Azərbaycan Animasiya Assosiasiyanın mətbuat xidməti
Festivalın fotoları ilə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının rəsmi Facebook səhifəsindən tanış ola bilərsiniz: