Mədəniyyət Nazirliyinin təqdim etdiyi “Yaradıcı müzakirələr” layihəsi Şamaxı şəhərində davam edib.
Şamaxı Mədəniyyət Mərkəzində keçirilən layihə mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədi daşıyır.
Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunub. Sessiyalar animasiya, kino, rəsm, dizayn, kulinariya, yaradıcı startaplar, fotoqrafiya, bədii şüşə sənəti, dəb və digər mövzular üzrə olub.
Layihə çərçivəsində Assosiasiyasının sədri Rəşid Ağamalıyev “Animasiya sənəti və biznesi” mövzusunda mühazirə oxuyub. Assosiasiyasının üzvü Şahin Əliyev “Virtual oyun biznesi” mövzusunda mühazirə oxuyub. Layihədə həmçinin Assosiasiyasının üzvü Mehriban Əliyeva iştirak edib.
May ayı ərzində Şamaxı ilə yanaşı, Quba, Gəncə, Mingəçevir və Şəki şəhər və rayonlarında təşkil olunan maarifləndirici sessiyalara ümumilikdə 3000 nəfərdən artıq iştirakçı qoşulub.
Qeyd edək ki, cari ilin sentyabr – oktyabr aylarında digər regionlarda da (Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Şuşa) növbəti sessiyaların təşkil olunması və ilin sonunadək ümumilikdə 5000 nəfərdən çox iştirakçının layihəyə cəlb edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Creative Talks” (“Yaradıcı Müzakirələr”) layihəsinə Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabr ayında “Yaradıcı Həftə” çərçivəsində başlanılıb. “Yaradıcı Müzakirələr” layihəsi ölkə başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunur və Yaradıcı Azərbaycan proqramının tədbirlər planına daxildir.
Mənbə: Azərtac