Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində reallaşan “Yaradıcılıq Marafonu” yekunlaşıb. Marafon çərçivəsində digər klasterlərlə yanaşı, animasiya təlimi də keçirilib. Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevin mentorloğu ilə 11 nəfər iştirakçı 3 animasiya layihəsi hazırlayıblar:
• “Balaca Simurq”. İştirakçılar: Nəzrin Axundova (Azərbaycan), Amalina Binti Ismail (Malaziya), Sofiana Afifah Jamil (İndoneziya), Abdisamad Ali Mohmed (Somali)
• “Chamanın hekayəsi”. İştirakçılar: Amin Quliyev (Azərbaycan), Ikram El Gueryny (Mərakeş), Muhammad Atthoriq (İndoneziya), Adadqn Mohqmud Ahmed (Somali)
• “Muslima. İçindəki işıq”. İştirakçılar: Alfarabi Ablayev (Qazaxıstan), Rasoul Nik Khan (Iran), Kenti Abdel Jalil (Mərakeş)
Layihələri digər münsiflərlə birlikdə Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisisçi Elçin Hami Axundov da dəyərləndirirdi. “Balaca Simurq” layihəsi qalib seçilib.
Marafon Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində baş tutub.