Baxış sayı: 182
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin 2023-cü ildə keçirdiyi “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”də qalib olan, animasiya ilə arxiv materiallarının hibrid işlənməsi formasında ərsəyə gələn
“Kapitan və Xəzər Dənizi” qısametrajlı sənədli filminin istehsalı yekunlaşmaq üzrədir. Filmin treyleri tamaşaçıların diqqətinə
təqdim olunur.
Film 1990-cı ilin 20 yanvar günü baş verən ümumxalq faciəsindən, Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, həmçinin hadisələri lentə alan jurnalist və operatorların qəhrəmanlıqlarından bəhs edir.
Layihə Krakov Film Festival marketində, Beldocs Pitching Forum və Balkan Watchers proqramlarında iştirak edib. Filmə Azərbaycan Respublikası Kino Agentliyi, Current Time TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək göstərib.
İstehsalçı şirkət: Rental Azərbaycan MMC
Rejissor və ssenari müəllifi: Türkan Hüseyn
Produserlər: Emil Nəcəfov, Türkan Hüseyn
Animasiya: Harmony of Chaos Studio
Səs dizaynı: Hafiz İbrahim