Baxış sayı: 52
Fevralın 1-də Azərbaycan Animasiya Assosiasiyasının sədri, prodüser Rəşid Ağamalıyev YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinə “Animasiya istehsalı” mövzusunda mühazirə oxuyub və ANİMAFİLM studiyasının filmləri nümayiş etdirilib.
Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın müəllif kursu olan bu eksperimental məktəb layihəsinin əsas məqsədi – gənclər arasında peşəkar kadrların hazırlanmasıdır. Layihə müddətində tələbələr görkəmli rəssamlar, kuratorlar və incəsənət tədqiqatçıları tərəfindən nəzəri və praktiki təhsil proqramı ilə tanış olurlar, yeni biliklər əldə edirlər.