27-28 fevral tarixlərində 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində “ANİMAFİLM Gəncədə” festivalı keçiriləcək. Tədbir Gəncə Dövlət Kukla Teatrında baş tutacaq, iştirak ödənişsizdir.
“ANİMAFİLM Gəncədə” tədbirində uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub.
“ANİMAFİLM Gəncədə” festivalı Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası milli animasiya kino sənətinin inkişafına dəstək vermək məqsədilə 2018-ci ildən etibarən Bakıda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir.
Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə isə “ANİMAFİLM Lənkəranda” festivalları keçirilib. 2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.
27 fevral 2025-ci il
🎥 Uşaqar üçün nümayiş (7+)
⏰ Saat: 12:00 – 14:00
📍 Ünvan: Gəncə Dövlət Kukla Teatrı
27 fevral 2025-ci il
🎥 Uşaqar üçün nümayiş (7+)
⏰ Saat: 15:00 – 17:00
📍 Ünvan: Gəncə Dövlət Kukla Teatrı
28 fevral 2025-ci il
🎥 Yenietmələr və böyüklər üçün nümayiş (15+)
⏰ Saat: 14:00 – 16:00
📍 Ünvan: Gəncə Dövlət Kukla Teatrı
27 fevral 2025-ci il
Uşaqar üçün nümayiş (7+)
Filmin adı | Rejissorun adı | Ölkə |
Pomidor Doppi: Fotoqraf | Pavel Kim | Özbəkistan |
Narqız | Məsud Pənahi | Azərbaycan |
Gecə tuneli | Annechien Strouven | Belçika |
Boris ilə çörək bişirmək | Maša Avramović | Fransa |
Gölməçə | Maria-May Backhaus Brown Mads Theodor Bonde | Danimarka |
Pıspısa xanım və Siçan bəy | Məsud Pənahi, Ağanağı Axundov | Azərbaycan |
27 fevral 2025-ci il
Uşaqar üçün nümayiş (7+)
Filmin adı | Rejissorun adı | Ölkə |
Sazan balığı və uşaq | Morgane Simon, Arnaud Demuynck | Fransa |
Tarix | Ceyhun Türksoy | Azərbaycan |
Pomidor | Petre Tomadze | Gürcüstan |
Salam, yay | Martin Smatana, Veronika Zacharová | Çexiya |
Sərçələr | Rémi Durin | Fransa |
28 fevral 2025-ci il
Yenietmələr və böyüklər üçün nümayiş (15+)
Filmin adı | Rejissorun adı | Ölkə |
Hədis | Nəzrin Ağamalıyeva | Azərbaycan |
Vəhşi heyvan | Tianyun Lyu | Çin |
Armud bağı | Shadab Shayegan | Almaniya |
Sərv ağacının kölgəsində | Hossein Molayemi, Shirin Sohani | İran İslam Respublikası |