

9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində, 13–17 May 2026-cı il tarixlərində Bakıda baş tutacaq 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsinə qeydiyyat müddəti 15 aprelə qədər uzadılır!
Məqsədimiz inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli və xarici animasiya layihələrini dəstəkləməkdir.
📋 İştirak Şərtləri
• Azərbaycandan və dünyanın bütün ölkələrindən layihələr qəbul olunur.
• Layihənin ən azı 50%-i animasiyadan ibarət olmalıdır.
• Müsabiqəyə qısametrajlı filmlər, tammetrajlı filmlər və seriallar formatında layihələr qəbul olunur.
• Animasiya texnikaları və mövzular üzrə heç bir məhdudiyyət yoxdur.
• Sənədlər Azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır.
🏆 Mükafat Fondu
Qaliblər peşəkar Pitçinq Münsiflər Heyəti tərəfindən seçiləcək və 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı zamanı elan olunacaq. Qalibləri aşağıdakı mükafatlar gözləyir:
• ANİMAFİLM Studiyasının Mükafatı – 500 AZN
• Dynamic Box Studiyasının Mükafatı – 500 AZN
• KİNOBİZin Mükafatı – 500 AZN
• OB Film Studiyasının Mükafatı – 500 AZN
Müraciət Qaydası
• Son müraciət tarixi: 15 Aprel 2026-cı il.
• Qeydiyyat: Layihəni bu Google Form vasitəsilə təqdim edin.
Müsabiqə “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və ANİMAFİLM MMC tərəfindən təşkil olunur və ANİMAFİLM MMC, Dynamic Box MMC, Kinobiz MMC və OB Film MMC-nin dəstəyi ilə keçirilir.