Film və animasiya filmi səs aktyoru, mətn səsləndirməcisi.

Tərcümeyi-hal:

Qasımova Lamiyyə Ziyaddın qızı 6 oktyabr 1990-cı ildə Qazax rayonunda anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Mehdi Hüseyn adına orta məktəbə daxil olmuş, 2008-ci ildə Firuddin Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və İnformatika” fakültəsinə daxil olmuş, 2012-ci ildə məzun olmuşdur.

2019-cu ildən etibarən film və animasiya səsləndirməsi ilə məşğuldur. 2020-ci ildən etibarən “Khan Academy Azərbaycanca” platformasında video dərslikləri səsləndirir. Lamiyyə Qasımova “Pixar in a Box” adlı lokallaşdırılmış kursda səs aktyoru kimi fəaliyyət göstərmişdir. Səsləndirdiyi animasiya filmləri və filmlər, yerli və xarici film festivallarında iştirak edib və mükafatlar qazanıb.

2024-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Filmoqrafiya:

1. “Rauf Dadaşov” (reportaj, 2020) – mətn səsləndirici.

2. “Təhsil haqqı” (qısametrajlı animasiya sosial film-çarxı, 2023) – səs aktyoru.