Rəssam, animator

Tərcümeyi-hal:

Pərviz Heydər oğlu Ələkbərli (Pərviz Heydəroğlu) 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Respublika İncəsənət Gimnaziyasına, 2012-ci ildə isə Türkiyə Dövlət Atatürk Universitetinin Rəssamlıq fakültəsində “Rəngkarlıq” ixtisasına daxil olub. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə keçərək “Kino və Televiziya” üzrə ixtisaslaşmağı qərara alıb.

2019-cu ildə “Xəzər TV” kanalında “Ata ocağı” serialının quruluşçu rəssamı olub. 2023-2024-cü illərdə “Azərbaycan Televiziyası və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Rəssam və qrim qrupunda quruluşçu rəssam vəzifəsində çalışıb. Bir çox sənədli film və serialların quruluşçu rəssamıdır. 2023-cü ildə Nyu-Yorkda təqdimatı olan “Nəfəs” (r. Elmar Bayramov) filminin rəssamı və animatorudur.