Rejissor, prodüser, ssenari müəllifi

Tərcümeyi hal:

Rəşid Eldar oğlu Ağamalıyev 1992-ci il oktyabrın 28-də anadan olub. 2015-ci ildə Hollandiyanın Utrext şəhərinin eyniadlı universitetində “Fəlsəfə” ixtisası üzrə təhsil alıb. 2017-ci ildə Çexiya Respublikasının Olomouts şəhərinin Palatski Universitetində “Kinoşünaslıq” və “İngilis dilinin filologiyası” ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsində “Kinoprodüser” ixtisası üzrə kurs bitirib.

2018-ci ildə çap olunmuş “Azərbaycan animasiyası” kitabının həmmüəllifi və baş redaktorudur. 2018-ci ildə yaradılmış ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktorudur. 2020-ci ildən “PERİ FİLM” MMC nəzdində fəaliyyət göstərən ANİMAFİLM Studiyasının direktorudur.

Rəşid Ağamalıyev Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindən biri və sədridir.

Linklər:

Rəşid Ağamalıyev – Instagram

Rəşid Ağamalıyev – Facebook

ANİMAFİLM Studio – Vebsayt

ANİMAFİLM Studio – Instagram

ANİMAFİLM festivalı – Vebsayt

ANİMAFİLM festivalı – Instagram

“Azərbaycan animasiyası” kitabı

 

Filmoqrafiya:

  1. 3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2020) – prodüser
  2. “Sara, hara? Qobustan” (2021, qısametrajlı animasiya filmi) – icraçı prodüser
  3. “Sara, hara? Sara Xatun” (2021, qısametrajlı animasiya filmi) – icraçı prodüser
  4. “Hətta siçanlar da cənnətə aiddir” (2021, tammetrajlı animasiya filmi) – layihə meneceri
  5. 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2021) – prodüser
  6. 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2022) – prodüser
  7. “Qeyri-adi qorxu” (qısametrajlı animasiya filmi. Pre-production) – prodüser
  8. “Hadis” (qısametrajlı animasiya filmi. Production) – prodüser