ANİMAFİLM komandası öz filmlərini və ssenarilərini müsabiqə proqramında iştirak etmək üçün təqdim edən bütün iştirakçılara minnətdarlığını bildirir. Seçim komissiyası 63 fərqli ölkədən 480 film və 15 ssenari təqdimatı almışdır.
Seçim komissiyası bütün təqdimatları nəzərdən keçirdikdən sonra 1 Oktyabr tarixinə qədər iştirakçılara nəticələr haqqında məlumat verəcəkdir.
1 Oktyabr, 2018-ci il tarixində Seçim komissiyası müsabiqə proqramında iştirak etməyə haqq qazanan filmlərin və ssenarilərin siyahısını festivalın rəsmi saytında, www.anima.az elan edəcəkdir.