Baxış sayı: 843
Bakıda 3-7 sentyabr 2021-ci il tarixində canlı formatda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “Əlillik” idi.
Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya produserləri üçün masterklası və Nik Phelps və Nancy Denney-Phelps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminar baş tutdu.
IV ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Məsud Pənahi (Azərbaycan), Olivier Catherin (Fransa), Nancy Denney-Phelps və Nik Phelps (Belçika), Mariam Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Piotr Kardas (Polşa), Mehdi Khorushy və Maryam Rouhbakhsh (İran) kimi peşəkarlardan ibarət olub. Nancy Denney-Phelps münsiflər heyətinin sədri idi.
Ənənəvi olaraq bu il də festivalın uşaq münsifləri də fəaliyyət göstərirdi. 18 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyalar üzrə iki qalib seçdilər.
Sentyabrın 7-də ANİMAFİLM festivalının bağlanış mərasimində qaliblər elan olundu. Bu il “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” təsvir rejissoru Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görüldü.
Beynəlxalq müsabiqənin qalibləri
“Ən yaxşı tammetrajlı animasiya filmi – GRAND PRIX” – “The Knight and the Princess”, rejissorlar Bashir Eldik və Ibrahim Musa, Səudiyyə Ərəbistanı, Misir.
“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – “Kitchen by Measure”, rejissorlar Sólrún Ylfa Ingimarsdóttir və Atli Arnarsson, İslandiya.
“Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari – GRAND PRIX” – “Weird Witches and Fall”, müəllif Lana Ra, Ukrayna.
“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – “Emsahar”, rejissor Hassan Al-Jahni, Qətər.
“Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” – “Monster”, rejissor Koosha Yusefi, İran.
“Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” – “Rites of Spring”, rejissor Yiorgos Tsangaris, Kipr.
“Ən yaxşı qısametrajlı tələbə animasiya filmi” – “Three Jumps to Happiness”, rejissor Artur Hanaj. Polşa.
“Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı” – “Mitch-Match”, rejissor Géza M. Tóth, Macarıstan.
“Ən yaxşı musiqili animasiya videosu” – “Agapito”, rejissorlar Rafael Vidal Altabert və Julián Gómez Caballero, İspaniya.
Yerli müsabiqənin qalibləri
“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – “Araqçın”, rejissor Firəngiz Qurbanova. Azərbaycan.
“Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” – “Balaca qırmızı şar”, müəllif Günel Eminli. Azərbaycan.
Beynəlxalq münsiflər heyətinin xüsusi seçimi mükafatları
Sədr Nancy Denney-Phelps-in xüsusi seçimi mükafatı – “Swipe”, rejissor Arafat Mazhar, Pakistan.
Heyətin üzvü Nik Phelps-in xüsusi seçimi mükafatı – “Navozande, the Musician”, rejissor Reza Riahi, Fransa.
Heyətin üzvü Məsud Pənahinin xüsusi seçimi mükafatı – “İnitli”, rejissor Ruslan Kərimov, Azərbaycan.
Heyətin üzvü Olivier Catherin-in xüsusi seçimi mükafatı – “The Red Pen”, rejissor Raffaele Gabrielli, İngiltərə.
Heyətin üzvü Piotr Kardas-ın xüsusi seçimi mükafatı – “Sisters”, rejissor Andrea Szelesová, Çex Respublikası.
Heyətin üzvü Maryam Kandelaki-nin xüsusi seçimi mükafatı – “Nothing is Here”, rejissor Kaiyun Yang, Tayvan.
Heyətin üzvü Mehdi Khorushy-nin və Maryam Rouhbakhsh-in xüsusi seçimi mükafatı – “Tio”, rejissor Juan Medina, Meksika.
Təşəkkür edirik!
Festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, IV ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Kreativ Azərbaycan portalına, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Mr Chemical” şirkətinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, YARAT Müasir İncəsənət Məkanına, Polşa Respublikasının Bakıdakı səfirliyinə, “Ritual Mobil Theater Laboratory” teatr platformasına, “Seni” şirkətinə, “Promo Plus” şirkətinə, “Kekalove Adaptive Fashion” şirkətinə səmimi təşəkkürünü bildirir.