YEKUNLAR. AZƏRBAYCAN ANİMASİYASI 2022-Cİ İLDƏ
Milli animasiyaya dair 2021-ci ilin hesabatı vacib müzakirələrə səbəb oldu. Ümid edirik, 2022-ci ilin hesabatı da kinematoqrafçılar və müvafiq dövlət qurumları üçün faydalı olacaq.
Hesabat üç hissədən ibarətdir. Birinci hissədə təzəlikcə yaradılan Azərbaycan Animasiya Assosiasiyası ictimai birliyinin fəaliyyətindən söhbət gedir. İkinci hissədə 2022-ci ildə Azərbaycan animasiyasının nailiyyətləri qeyd olunur. Üçüncü hissədə isə Azərbaycan animasiyasının gələcəyi barədə söhbət açılır.
Öncə onu qeyd etmək lazımdır ki, 2022-ci il noyabrın 16-da Prezident, cənab İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. ARKA-nın fəaliyyəti nəinki animasiya, bütün kinematoqrafiya sənayesinə dəstək verəcəyi gözlənilir.
Birinci hissə.
Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti
Azərbaycan Animasiya Assosiasiyası 2021-ci il dekabrın 15-də bir qrup animasiya peşəkarları tərəfindən yaradılmış qeyri-hökumət təşkilatıdır. Birliyin əsas məqsədi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etməkdir.
Birlik rəsmi olaraq 2022-ci il aprelin 19-unda qeydiyyata alınsa da, 2016-ci ildən fəaliyyətə başlayıb. Həmin fəaliyyətə dair, məsələn, “Azərbaycan animasiyası” kitabını, “Müasir Azərbaycan animasiyası” mövzusunda konfransı, “Azərbaycan animasiyasının gələcəyi” mövzusunda dəyirmi masaları, ANİMAFİLM Beynəlxalq Animasiya Festivallarını və əks-səda tədbirlərini, xarici festivallarda Azərbaycan animasiya filmlərinin nümayişlərini, ANİMAFİLM School və s. kimi layihələri qeyd etmək lazımdır. Birliyin fəaliyyəti haqqında ətraflı məlumat rəsmi www.anima.az saytında verilib.
Azərbaycan Animasiya Assosiasiyası 2022-ci ildə milli kinematoqrafiyanın inkişafı üçün bir neçə vacib layihələrə imza atıb:
2022-ci il aprelin 18-dən 22-nədək Mədəniyyət Nazirliyinin və Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Animasiya Forumunda “Azərbaycan animasiyasının 50 illiyi” proqramı nümayiş etdirildi. Festivalda Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev münsif qismində iştirak edirdi. Forumun bağlanış mərasimində assosiasiyanın təsisçilərindən biri – tanınmış rejissor Elçin Hami Axundov “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını qazandı.
2022-ci il iyunun 13-dən 18-nədək Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında Azərbaycan Animasiya Assosiasiyasının nümayəndələri və rejissor Cavid Əhədov Azərbaycanı təmsil etdilər. Cavid Əhədov 4-cü ANİMAFİLM festivalının qalibi Firəngiz Qurbanovanın “BİRLİK” animasiya studiyasının animatorudur. Onun Annecy-də iştirakı “BİRLİK” studiyasının 4-cü ANİMAFİLM festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olmuşdu.
2022-ci il sentyabrın 7-dən 11-nədək Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” şirkətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmi nümayiş etdirildi. Festivalın devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olunduğuna görə bilet satışlarından əldə olunan bütün vəsaitin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi elan edilmişdi. Bağlanış mərasimində bilet satışlarından əldə olunan vəsaitin və əkiləcək ağacların sayını uşaq münsiflər heyətinin üzvü Esra Əliyeva açıqladı: “4119 AZN = 412 ağac”. Festivalın 5-ci buraxılışının kataloquna buradan baxa bilərsiniz.
Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə Böyük Britaniyada fəaliyyət göstərən Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm “Azərbaycanfilm” kinostudiyasında 1969-cu ildə çəkilmiş ilk uşaq animasiya filmi “Cırtdan”ı restavrasiya edib. Restavrasiya prosesi təxminən üç il çəkib, bərpa olunmuş “Cırtdan”ın premyerası 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında təşkil olundu.
5-ci ANİMAFİLM festivalının “Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” konfransı çərçivəsində rejissor Məsud Pənahinin “Xoruz” (1977) filmi nümayiş etdirildi. Bu film, 45 il idi ki, itirilmiş hesab olunurdu.
2022-ci il sentyabrın 23-ündə Azərbaycan Animasiya Assosiasiyası Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına üzv oldu.
2021-ci il noyabrın 8-dən 12-nədək ANİMAFİLM festivalının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan təmsilçiləri Tbilisidə “Animated Film Project Pitching” vörkşopunda uştirak etdilər. Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vörkşopun qalibi oldu və bu, onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırdı.
2022-ci il dekabrın 15-i “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin saytı www.anima.az öz fəaliyyətinə başladı.
İkinci hissə.
2022-ci ildə Azərbaycan animasiyasının nailiyyətləri
Studiyalar və filmlər
Azanfilm
2022-ci ildə “Azanfilm” dövlət animasiya studiyası tamaşaçılara heç bir animasiya filmi təqdim etmədi. Studiya iki ildən çoxdur ki, “Oğurlanmış bahar” animasiya filmi üzərində çalışır. “Mədəniyyət” qəzetinin 2019-cu ilin 28 dekabr tarixli məqaləsində qeyd olunub ki “Oğurlanmış bahar” filmi istehsala buraxıldı. Mədəniyyət Nazirliyinin 2020-ci il ərzində gördüyü işlər haqqında hesabatında yazılmışdır ki, bu filmin “istehsalı davam etdirilmişdir”. AZƏRTAC-ın 2022-ci ilin 8 fevral tarixli məqaləsində qeyd olunub ki, “Oğurlanmış bahar”ın (rejissor Aleksandra Şirinova) 2022-ci ildə təhvil verilməsi planlaşdırılır. Studiyanın direktoru Mansur Şəfiyev “Kaspi” qəzetinin 10 dekabr 2022-ci il tarixli buraxılışında isə demişdir ki, “bu sektor dotasiya üzərində qurulub. Yəni Mədəniyyət Nazirliyi dotasiya edirsə, çəkilir, etmirsə – çəkilmir. Təəssüf ki, sifarişlər də çox olmur. Əvvəllər heç olmasa ildə bir film çəkilirdi, amma indi heç o da yoxdur”. Eyni yerdə “Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov bildirmişdir ki, sonuncu film istehsalı bitmək üzrə olan “Oğurlanmış bahar”dır.
Salnamə
Azərbaycanın ilk tammetrajlı filmi olan “Qarın Qulu” filmi 2021-ci ildə “Azanfilm” studiyasında istehsala buraxılmışdı. 2022-ci ildə isə filmin istehsalı “Salnaməfilm” dövlət studiyasında davam etdirildi. Bu barədə Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabatında məlumat verilib. “Qarın Qulu” filminin rejissorları Nihad J. və Rəvan Muradovdur. Quruluşçu rəssam Əmrah Niyazəliyevdir. Filmin qısa tizeri 5-ci ANİMAFİLM festivalının “Making-of” proqramı çərçivəsində təqdim olundu.
OBFilm
Studiyanın istehsal etdiyi “Tarix” qısametrajlı animasiya filminin premyerası avqustun 2-si – Kino günü tədbirində baş tutmuşdu. “Tarix” layihəsi 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub və maliyyə dəstəyi alıb. Filmin prodüseri və ssenari müəllifi Orxan Behbid, rejissoru Ceyhun Türksoydur.
Birlik
Studiyanın istehsal etdiyi “Qarabağ nağılı” filminin premyerası noyabrın 8-də Zəfər Günündə televiziyada olmuşdu. “Qarabağ nağılı” layihəsi 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub və maliyyə dəstəyi alıb. Filmin prodüseri, ssenari müəllifi və rəssamı Firəngiz Qurbanovadır. Studiya 2022-ci ildə, həmçinin, “Samanyolu” adlı animasiya filmi də istehsal edib.
Sultan
2022-ci ildə rejissor və animator Sultan Abbasbəyli Gəncə terroruna həsr olunmuş “Pıçıltı” adlı animasiya sosial çarxını təqdim edib.
Kookla TV
Studiyanın YouTube kanalının məqsədi uşaqlara Azərbaycan dilində animasiya filmləri təqdim edərək öyrətməkdir. Kanalda daha çox 1-5 yaş arası uşaqlara, eyni zamanda autizmli uşaqlara xitab olunur. 2020-ci ildə kanalda onlarla öyrədici animasiya rolikləri yerləşdirilib. Studiyanın prodüseri və rejissoru Seyla Əliyevadır.
Azkinder Azerbaijan
Studiyanın əsas məqsədi (prodüser və rejissor İlham Həsənov) məktəb yaşına çatmamış uşaqlar üçün müasir tədris proqramı hazırlamaqdır. Proqramın bir hissəsi animasiya istehsalıdır. 2022-ci ildə studiya 9 klip çəkib.
Macara TV
Studiya (prodüser və rejissor Nəsibə İbrahimova) uşaqlar üçün maariflərdirici məzmun istehsalı ilə məşğuldur. Belə ki, studiya 2022-ci ildə “Aladi”, “Pizza”, “Cins çanta”, “Quş üçün evcik”, “Yeddi şüşə” kimi maarifləndirici animasiya rolukləri istehsal edib.
ANİMAFİLM Studio
“PERİ FİLM” MMC nəzdində fəaliyyət göstərən bu studiya 2022-ci ildə 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı üçün treyler çəkib. Treylerin rejissoru Dimitrios Poursanidis, prodüseri Rəşid Ağamalıyevdir. Studiyanın “Qeyri-adi qorxu” animasiya filminin layihəsi (rejissor Nəzrin Ağamalıyeva) 5-ci ANİMAFİLM festivalının “Making-of” proqramı çərçivəsində təqdim olunub. 2022-ci ilin noyabr ayında studiyada “Hədis” qısametrajlı animasiya filmi istehsala buraxılıb. Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyevdir.
Yeni adlar
Animasiya sənətində yeni addımlayan rejissorlar 2022-ci ildə xüsusilə fərqləniblər. Sevinc Quliyeva “Kuklalar” adlı stop motion animasiya filmi çəkmiş və Daş Salnamə muzeyində 3D mapping texnikasında animasiya əsərini təqdim etmişdir. Qeyd edək ki, 5-ci ANİMAFİLM festivalının qalibi Ülviyyə Məmmədovanın “Ağ qorxu” filmi də diqqətə layiqdir.
Yeni adlardan bunları qeyd etmək olar: Aydan Həsənova (“Çox düşünən”), Ruslan İbrahimli (“Qara buludlar”), İbrahim Baxşıyev (“Sərvinazın kitabı”), Leyla Novruzova (“Yay”), Ülkər Cəbrayılova (“Cənab Burunun bitməyən günü”), Şahin İsmayılov (“Əsl son”), Kövsər Qurban (“Bir damla”) və ya Amerikada yaşayan Murad Əliyev (“Oğuz elinin oğlu: atəş başında”). Bu filmlər həvəskar və ya tələbə filmləridir.
Qeyd etmək lazımdır ki, uzun fasilədən sonra Elçin Hami Axundov və Kəbirə Həşimova da animasiyaya qayıtdılar – onların “Yaşıl adamlar” sosial animasiya çarxı 5-ci ANİMAFİLM festivalının rəsmi treyleri kimi dəfələrlə festivalda nümayiş etdirildi.
Animasiya sahəsində tədbirlər və müsabiqələr
Sentyabrın 7-dən 11-inədək Nizami Kino Mərkəzində 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmi nümayiş etdirildi, vörkşoplar, VR nümayişlər təşkil olundu. Yerli müsabiqədə 16 film yarışırdı. Making of proqramı çərçivəsində iki yerli tammetrajlı və üç yerli qısametrajlı film layihəsi təqdim olundu.
Oktyabrda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Start – 2023” film layihəsi müsabiqəsini elan etdi. Müsabiqə 2 kateqoriya üzrə keçirilib: 1-ci kateqoriya: Bədii film – tammetrajlı və ya qısametrajlı filmlər. 2-ci kateqoriya: Qısametrajlı animasiya filmləri (26 dəqiqəyə qədər).
Noyabrın 11-dən 15-inədək 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Festivalda yerli animasiya müsabiqə proqramı yox idi. “Panorama” proqramı daxilində “Dostluq əngəl tanımır, çünki o, əngəllərdən güclüdür” (2020, rejissor: Sultan Abbasbəyli) və “Qara buludlar” (2022, rejissor Ruslan İbrahimli) nümayiş etdirildi. Festivalın animasiya üzrə beynəlxalq müsabiqə proqramında 7, “BAFTA Nominations” proqramında isə 2 xarici animasiya filmi nümayiş etdirildi.
Dekabrın 13-də Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib. Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.
Üçüncü hissə.
Xülasə
2022-ci ili 2021-ci illə müqayisə etsək, 2022-ci ildə istehsal olunan filmlərin sayının artdığını görürük. Məsələn, 2021-ci ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında 14, 2022-ci ildə isə 16 yerli film yarışırdı, yəni burada elə bir ciddi artım yoxdur. Bununla belə, həvəskar filmlərin sayı artıb, peşəkarların isə yox. Üstəlik bəzi filmlər, məsələn həvəskar filmlər, sosial çarxlar, maarifləndirici roliklər və musiqi klipləri kinoteatr nümayişi üçün nəzərdə tutulmayıb. Bütün bunları nəzərə alsaq, deməliyik ki, 2022-ci ildə istehsal olunan filmlərin sayı çox azdır və cəmi 2-3 peşəkar animasiya filminin adını çəkmək olar.
Peşəkar filmin göstəricisi həm də onun festival həyatıdır. Əfsuslar olsun ki, 2022-ci ildə heç bir Azərbaycan animasiya filmi tanınmış beynəlxalq animasiya festivalında iştirak etməyib. Bu fakt onu göstərir ki, milli filmlərin keyfiyyəti beynəlxalq səviyyəyə cavab vermir.
Bir vacib tendensiyanı qeyd etmək lazımdır. YouTube üçün istehsal olunan maarifləndirici və musiqili animasiya kontentinin sayı xeyli artıb. İstehsalçılar YouTube-da monetizasiya imkanları görür və daha çox kontent istehsal edir. Məsələn, yuxarıda adı çəkilən KooklaTV-nin YouTube-dakı kontentinin ümumi baxış sayı 22 milyona çatıb. İndiyə kimi bu göstərici heç bir Azərbaycan animasiya studiyasına nəsib olmayıb.
2021-ci ilin hesabatında 5 açıq sual qoyulmuşdu:
Artıq bir il ötüb və bu suallara müəyyən cavablar vermək mümkündür:
Azərbaycan Animasiya Assosiasiyasının İdarə heyəti
Bakı, 05.03.2023
Mənbələr
Azərbaycan Animasiya Assosiasiyası – www.anima.az
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı – www.animafilm.az
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı www.filmfestival.az
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il ərzində gördüyü işlər haqqında – https://culture.gov.az/medias/media/other/738/hesabat-2020.pdf
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat – 01.08.2022 – https://culture.gov.az/az/umumi-xeberler/14578
“START 2023” film layihəsi müsabiqəsinin reqlamenti – https://azerbaijanfilm.az/news/start-2023-film-lahiyesi-musabiqesinin-reqlamenti
Kinolentin yaddaşında qalanlar – 28.12.2019 – https://medeniyyet.az/page/news/51125/Kinolentin-yaddasinda-qalanlar.html
“Oğurlanmış bahar” animasiya filmi bu il təhvil veriləcək – 08.02.2022 – https://azertag.az/xeber/Ogurlanmis_bahar_animasiya_filmi_bu_il_tehvil_verilecek-2004824
Фирангиз Гурбанова рассказала о работе над анимационным проектом “Qarabağ nağılı” – 11.02.2022 – https://trend.az/life/culture/3553970.html
Animasiya sahəsində nə var – nə yox? – 25.02.2022 – https://medeniyyet.az/page/news/61363/.html
Elçin Hami Axundov: Xalq rəssamı adını özüm istəməmişəm – Müsahibə – 18.05.2022 https://kulis.az/xeber/senet/elcin-hami-axundov-xalq-ressami-adini-ozum-istememisem-musahibe-42323
5-ci ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli oldu – 24.07.2022 – https://animafilm.az/news/participants-program22
Праздник, который всегда со мной – 01.07.2022 – https://kaspiy.az/prazdnik-kotoryj-vsegda-so-mnoj
Франгиз Курбанова: Анимация – это жанр, который не ограничивает возможности самовыражения автора – 08.07.2022 – http://www.anl.az/down/meqale/nedelya/2022/iyul/806035.htm
Rəşid Ağamalıyev: dünyanın ən böyük animasiya festivallarında iştirak edirəm və hər yerdə bizdən yaxşı olan vəziyyəti görürəm – 30.07.2022 – https://aki.az/r%C9%99sid-agamaliyev-dunyanin-%C9%99n-boyuk-animasiya-festivallarinda-istirak-edir%C9%99m-v%C9%99-h%C9%99r-yerd%C9%99-bizd%C9%99n-yaxsi-olan-v%C9%99ziyy%C9%99ti-gorur%C9%99m/
Tarix animasiya filmi təqdim edildi – 02.08.2022 – https://obfilm.az/2022/08/02/tarix-animasiya-filmi-t%C9%99qdim-edildi/
Nə vaxta kimi “Maşa və ayı”ya baxacağıq? – 16.08.2022 – https://kulis.az/xeber/yazarlar/ne-vaxta-kimi-masa-ve-ayiya-baxacagiq-43393
В Москве не знали как принять мой фильм, как определить его жанр – Фирангиз Гурбанова – 30.08.2022 – https://youtu.be/S8TYRM5HhWQ
“Bir bilet = bir ağac” şüarı altında keçiriləcək 5-ci ANİMAFİLM festivalının proqramı açıqlandı – 22.08.2022 – https://culture.gov.az/az/common-news/14603
ANIMAFILM Festival, Which will Take Place under the Slogan “One Ticket = One Tree”, Has Announced its Program – 23.08.2022 – https://nargismagazine.az/en/articles/ob-iavlena-programma-5-go-festivalia-animafilm/
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında 29 ölkədən 75 film iştirak edir – 08.09.2022 – https://culture.gov.az/az/umumi-xeberler/14645
Изменяем климат В Баку стартовал Международный фестиваль ANIMAFILM – 08.09.2022 – http://www.anl.az/down/meqale/bakrabochiy/2022/sentyabr/813501.htm
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatdı – 13.09.2022 – https://culture.gov.az/az/umumi-xeberler/14655
В Баку назвали победителей Международного фестиваля ANIMAFILM – 13.09.2022 – https://news.day.az/culture/1495185.html
Animafilm призывает к сплочению 16.09.2022 – https://www.kaspiy.az/animafilm-prizyvaet-k-splocheniyu
Один билет – одно дерево Самый яркий слоган юбилейного фестиваля ANİMAFİLM за всю его историю – 16.09.2022 – http://www.anl.az/down/meqale/bakrabochiy/2022/sentyabr/814709.htm
5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatdı – 17.09.2022 – https://www.animafilm.az/news/winners22
Azərbaycan Animasiya Assosiasiyası ilə görüş keçirildi – 23.09.2022 – https://acif.az/az%C9%99rbaycan-animasiya-assosiasiyasi-il%C9%99-gorus-kecirildi/
V Animafilm Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edildi – 30.09.2022 – https://qdf.gov.az/xeberler/222-V-ANIMAFILM-Beynelxalq-Animasiya-Festivalindan-elde-olunan-gelir-Qarabag-Dirchelish-Fonduna-iane-edildi.html
Proceeds from ticket sales for Int’l Animation Festival donated to Karabakh Revival Fund – 30.09.2022 – https://en.trend.az/azerbaijan/society/3651244.html
Была ответственность, я знала, что мой папа будет это смотреть – Фирангиз Гурбанова – 06.10.2022 – https://youtu.be/6SguEMNMR1M
ADPU-nun Şəki filialında unikal layihə: oyuncaq və cizgi filmlərinə aid tələbə konfransı, kukla teatrı, oyuncaq sərgisi! – 30.10.2022 – https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/408-adpu-nun-%C5%9F%C9%99ki-filial%C4%B1nda-unikal-layih%C9%99-oyuncaq-v%C9%99-cizgi-filml%C9%99rin%C9%99-aid-t%C9%99l%C9%99b%C9%99-konfrans%C4%B1,-kukla-teatr%C4%B1,-oyuncaq-s%C9%99rgisi
В Баку представлен 3D мэппинг проекта «Музей каменной летописи» – 02.11.2022 – https://novayaepoxa.com/v-baku-predstavlen-3d-myepping-proekta-m/421906/
“İnanıram ki, bir neçə il sonra Azərbaycan animasiyasının uğurları çoxalacaq” – Rəşid Ağamalıyevlə MÜSAHİBƏ – 28.11.2022 – https://sulh.info.az/xeber/19728/olkede-yerli-animasiya-istehsali-niye-o.html
Azərbaycanda niyə müasir cizgi filmləri çəkilmir? – 01.12.2022 – https://ednews.net/az/news/culture/558116-azerbaycanda-niye-muasir-cizgi-filmleri?fbclid=IwAR2MXRqgbrlChRMzNRwi9FUFUZ4wjamJvtIutczxVn5cbfuAQuTcr9X00Ck
Yeni milli və modern uşaq cizgi filmlərinin çəkilməməsinin fəsadları – 01.12.2022 – https://musavat.com/news/yeni-milli-ve-modern-usaq-cizgi-filmlerinin-cekilmemesinin-fesadlari_939968.html?fbclid=IwAR2f4bnil777rtTuXdMBLyjvdEiJxlPPhM_znLbcXPzqdVl6vHxEI24lDVk&d=1
“Böyük Qayıdış”dan xəbər var – 05.12.2022 – https://azertag.az/xeber/Boyuk_Qayidisdan_xeber_var-2397536?fbclid=IwAR0BUd_VfLxVkAo83RyLfHttWcguNu04Z7uelAvMgi-LlsRNreTi3ItxsWM
Azərbaycanda cizgi filmlərilə bağlı vəziyyət nə yerdədir? – FOTO – 10.12.2022 – https://oxu.az/society/672651
Cizgi filmləri sənayesi çöküb – 10.12.2022 – https://kaspi.az/cizgi-filmleri-senayesi-cokub?fbclid=IwAR2MXRqgbrlChRMzNRwi9FUFUZ4wjamJvtIutczxVn5cbfuAQuTcr9X00Ck
Animasiya mənə taleyin hədiyyəsidir – 27.12.2022 – https://525.az/news/209776-animasiya-mene-taleyin-hediyyesidir