2020-ci ildə mütəmadi animasiya kursları təşkil etmək məqsədilə Bakıda ANİMAFİLM School animasiya məktəbi təsis edilib. Məktəbdə peşəkar animatorlar və rejissorlar tələbələrə ssenari yazmağı, səhnələşdirməni, personajların hazırlanması və animasiyanın özünü öyrədilir. Məktəb ANİMAFİLM festivalı nəzdində böyüklər və uşaqlar üçün bir sıra avropalı animasiya peşəkarları ilə vörkşoplar və ustad dərsləri təşkil edir.

Məktəbdə təcrübə və biliyindən asılı olmayaraq, hər kəsə uyğun tədris proqramı mövcuddur. Dərslər həm nəzəri, həm praktiki biliklərin əldə olunmasına fokuslanır. Proqramın sonunda tələbələr tədris proqramı keçildiyi barədə müvafiq sertifikatla təmin olunur.

Linklər:

ANİMAFİLM School – Instagram

ANİMAFİLM School – Facebook