“ANIMAFILM Studio”nun istehsal etdiyi “Qeyri-adi qorxu” filmi CinéDOC-Tbilisi-nin Film Mentorluq Proqramının “New Talents Caucasus Development Award” pul mükafatını qazanıb. Mükafatın məbləği 3000 lari (təxminən 2000 AZN) təşkil edir.
“Qeyri-adi Qorxu” cinsi əlaqə qorxusu (vaginizm) ilə üzləşən qadınların hekayəsindən bəhs edir. Film sənədli və animasiya elementlərini birləşdirir və bu sindromdan əziyyət çəkən qadınların müsahibələrinə əsaslanır.
Filmin çəkiliş heyətinə rejissor Nəzrin Ağamalıyeva, prodüser Rəşid Ağamalıyev, ssenari müəllifi İsmayıl İman və təsvir rejissoru Orxan Abbasov daxildir.
Layihənin ilkin development mərhələsi FAMU-da (Praqada Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsi) baş tutub. Nəzrinin təhsil alması “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi” tərəfindən verilən təqaüd, həmçinin Toxum.org platformasında crowdfunding kampaniyası sayəsində mümkün olub.
Layihə, həmçinin, İlqar Nəcəf (“Buta Film”) tərəfindən maliyyə dəstəyi, Seymur Seyidbəyli və İlham Əkbərli (“Ağıllı Nağıllar”) tərəfindən texniki dəstək alıb.