Rejissor Məsud Pəhahinin “Narqız” qısametrajlı animasiya filmi və rejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli animasiya filmi istehsalata buraxıldı.
Filmlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə çəkiləcək. Filmlər 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.
Xatırladaq ki, İyulun 18-ində Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) film layihələri müsabiqəsi elan edib. 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdə 3 animasiya layihəsi iştirak etmişdir: “44 gün” (“3Dost Production” MMC), “Narqız” (“PERİ FİLM” MMC) və “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC). Noyabrın 11-ində müsabiqənin nəticələri elan olunub. “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli animasiya, “Narqız” qısametrajlı animasiya film layihələri müsabiqədə qalib oldu və istehsalına dəstək göstərilməsi təsdiq edildi. Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılmışdır.
Mənbələr:
ARKA – “Kapitan və Xəzər dənizi”
Hesabat. Azərbaycan animasiyası 2023-cü ildə
“Tıq-Tıq xanım”ın rejissoru tamaşaçılara müraciət edib
20 yanvara həsr olunmuş film çəkiləcək: “Kapitan və xəzər dənizi”