Məmnuniyyətlə elan edirik ki, Azərbaycan Animasiya Assosiasiyası Mərkəzi və Şərqi Avropada animasiya sənayesinin inkişafı və təbliği istiqamətində çalışan, aparıcı Avropa platforması olan CEE Animation Platformasına Müşahidəçi üzv seçilib.
Bu üzvlük Azərbaycanın animasiya sənayesi üçün əhəmiyyətli bir addımdır, əməkdaşlıq, təcrübə mübadiləsi və beynəlxalq bazarlara çıxışda yeni imkanlar yaradacaq. Assosiasiyamız Müşahidəçi kimi CEE Animation təşəbbüslərində iştirak edəcək və Avropada istehsal, distribusiya və birgə istehsal imkanları haqqında dəyərli məlumatlar əldə edəcək.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bu nailiyyət barədə həyəcanını belə ifadə edib: “CEE Animation platformasına qoşulmaq Azərbaycan animasiyasını təbliği sahəsində gücümüzü artırır, bizə Avropanın dinamik animasiya cəmiyyətinə töhfə vermək və ondan faydalanmaq imkanı yaradır.”
CEE Animation ilə sıx əməkdaşlıq etməyi və Azərbaycanın istedadlarını qlobal səhnədə daha da tanıtmağı səbirsizliklə gözləyirik.