Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb.
Müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin Bədii Şurada qiymətləndirilməsi aparılmış və Şura tərəfindən 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilmişdir.
Maliyyə dəstəyi ümumilikdə 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulmuşdur. Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır.
Qalib animasiya layihələri:
Qeyd edək ki, “Yulaf dönərgə” və “Yer və Ay” filmləri Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihələridir.
Müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb.
Reqlamentdə qeyd olunub ki, orta büdcəli animasiya layihələrinə 100 000 manata qədər vəsait ayıracaq. Az büdcəli animasiya layihələrinə 35 000 manata qədər vəsait ayıracaq. Qısametrajlı animasiya tələbə layihələrinə isə 15 000 manata qədər vəsait ayıracaq.
Reqlamentin “Gəlirlərin (mənfəət) bölgüsünə təsir edəcək beynəlxalq kino festivallarının siyahısında” Azərbaycan Animasiyası Assosiasiyası tərəfindən təşkil olunan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı da mövcuddur.
Reqlamentə əsasən müsabiqəyə layihələrin qəbulu 15 aprel – 12 iyun 2025-ci il tarixləri ərzində http://arka.culture.az saytı vasitəsilə həyata keçiriləcəkdir.
Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilər.
3 mərhələdən ibarət olacaq müsabiqənin nəticələrinin 2 Avqust – Azərbaycan Kinosu Günündə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və bu sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.