Baxış sayı: 177
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2025-ci il tarixlərində Bakıda, Nizami Kino Mərkəzində, Şirvanşahlar Saray Kompleksində və Animasiya Evində keçiriləcək. Biletləri iTicket platformasında əldə etmək tələsin!
FESTİVALIN PROQRAMI (PDF YÜKLƏ)
Bu il 8-ci ANİMAFİLM Festivalının mövzusu “pişiklər”dir. Yaradıcılığı mərhəmətlə birləşdirdiyimiz bu festivalda bilet satışlarımızın bir hissəsi pişiklərin rifahı ilə bağlı yerli təşəbbüslərə ianə ediləcək. Mövzu ilə əlaqədər ANİMAFİLM Studio və ANİMAFİLM Məktəbinin tələbələri tərəfindən “Hara gedir bu pişiklər?” adlı rəsmi festival treyleri də təqdim olunub.
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı proqramı
Müsabiqə proqramı:
Bu il festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar. Bütün seçilmiş filmlər beynəlxalq münsiflər və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaqlar.
- Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX (18+).
- Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi (8+).
- Ən yaxşı qısametrajlı tələbə animasiya filmi (16+).
- Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (5+).
- Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi (18+).
Müsabiqədənkənar proqram:
- Açılış mərasimi (18+). GİRİŞ DƏVƏTNAMƏ İLƏ.
- 2025 OSCAR Seçmələri (18+). dünya miqyasında yüksək qiymətləndirilmiş animasiya filmlərinin nümayişi.
- Skwigly x ANIMAFILM: All About Cats (18+). Britaniyalı animasiya prodüseri Aaron Woodun kurasiya etdiyi, pişiklərin sirli və oyunbaz dünyasına həsr olunmuş xüsusi nümayiş.
- “Sehrli bağdan nağıllar” (5+). Kiçik və böyük tamaşaçılar üçün uyğun, sehrli atmosferi ilə nağıl dünyasının qapılarını açan tammetrajlı animasiya filmi.
- KYNO x ANİMAFİLM: “Akira” (18+). Əfsanəvi anime şah əsəri böyük ekranda yenidən tamaşaçılarla görüşəcək.
Peşəkarlar üçün proqram:
- 1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi (15+).
- ANİMAFİLM Məktəbi: Stop-motion dünyasına ilk addım! (15+). Ayan Novruz ilə ustad dərsi.
- Making of: “Bum-Bum” (12+). “Bum-Bum” animasiya filminin rejissoru Nəzrin Ağamalıyeva və komandasının filmin ideyadan istehsaladək keçdiyi yol barədə təqdimatı.
- ANİMAFİLM Məktəbi: Animasiya üçün hekayə yarat! (15+). Matthew Lyon ilə ustad dərsi.
- ANİMAFİLM School: Öz flip-book-unu yarat! (7+). Mehriban Əliyeva ilə ustad dərsi
- ANİMAFİLM School: Animasiya qəhrəmanına çevril! (9+). Ken Sheykh ilə ustad dərsi
Müşahidəçi proqram:
- Skwigly Kviz (18+). Skwigly animasiya jurnalından Aaron Wood ilə animasiya biliklərinizi sınağa çəkin, suallara cavab verin və hədiyyələr qazanın. GİRİŞ SƏRBƏSTDİR.
- Dynamic Box: Game Showcase (18+). Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00-15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompüter oyunları oynaya bilər.
- Animation Breakfast (16+). Hər gün saat 09:30–11:00, şəhərin müxtəlif məkanlarında animasiya peşəkarları və həvəskarlarla açıq söhbətlər. GİRİŞ SƏRBƏSTDİR.
- Animation Party (18+). GİRİŞ DƏVƏTNAMƏ İLƏ.

Təşkilatçılar: Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC.
Əsas Tərəfdaşlar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Baş Media Tərəfdaşı: İctimai TV.
Tərəfdaşlar: Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, KYNO, Nizami Kino Mərkəzi, Baobab, YUVA, Pet Care, Dynamic Box Studio, Skwigly Animation Magazine, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Handicraft, CorpoPlus.
