Baxış sayı: 48
5 sentyabr tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ilk sessiyası baş tutdu.
Pitçinqdə Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Kübra Binnətova, Şahin Əliyev və Rəşid Ağamalıyev iştirak ediblər.
Tədbir çərçivəsində 5 animasiya və 3 tələbə filmi olmaqla ümumilikdə 8 film layihəsi Ekspert Şurası və Seçim Komissiyasına təqdim edildi.
• “Dar Vaxtda” – rejissor Rəşid Ağaməliyev, “Peri Film” MMC
• “Eyni Yağışın Altında” – rejissor Kübra Binnətova, “Peri Film” MMC
• “Fazzi: Oyanış” – rejissor Kamal Məmmədov, “Simart” MMC
• “Kölgəsiz Adamlar” – rejissor Elmar Bayramov, “Hochazfilm Creative Studio” MMC
• “Qayıtmışam” – rejissor Rəşad Əfəndiyev, “3Dost Production” MMC
• “Hipotez” – rejissor Mədinə Vəliyeva, “3Dost Production” MMC
• “Qayıtmazlıq Nöqtəsi” – rejissor Yasəmən Məmmədova, “3Dost Production” MMC
• “Oyun” – rejissor Mohammad Hossein Alipanahi, “Peri Film” MMC
Müsabiqənin yekun nəticələri barədə məlumatlar yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
İştirak edən hər kəsə uğurlar arzulayırıq!