Baxış sayı: 16
8 Noyabr – Zəfər Günümüz mübarək!
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilən ilk animasiya filmi – “Narqız” animasiya filmi 2024-cü ildə “PERİ FİLM” MMC tərəfindən istehsal olunub. Tanınmış Azərbaycan animasiya rejissoru Məsud Pənahinin bu filmi Qarabağın dirçəlişi, Qarabağa qayıdış və 44 günlük Vətən Müharibəsi mövzularını əhatə edib.
“Narqız” animasiya filmi Qazaxıstanda URKER Beynəlxalq Animasiya Film Festivalında (5-8 avqust, 2025) “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb. Bundan əlavə, “Narqız” filmi Azərbaycanda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (3-7 sentyabr, 2025), Qırğızıstanda Toon Dook Beynəlxalq Animasiya Fetivalında (13-14 sentyabr) və Almaniyada Kino über Land e.V. (30 oktyabr – 9 noyabr 2025) festivalında nümayiş etdirilib və Gürcüstanda 17-ci TOFUZI Beynəlxalq Animasiya Film Festivalında (10-15 noyabr, 2025) tamaşaçılara təqdim olunacaq.
Filmin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssam Elçin Hami Axundov, səsləndirmə rejissoru Qurban Məsimov, redaktorlar Rafiq Məmmədli, Gülşən Hüseynovadır.
