

2-ci Baku Cinema Breeze Beynəlxalq Film Festivalı (5-11 dekabr), 16-cı Bakı Beynəlxalq Film Festivalı (5-9 dekabr), 2-ci ATA – Türk Animasiya Festivalı (5-11 dekabr), O’Market – Şərq Ölkələri Kino Bazarı (8-9 dekabr) çərçivəsində bir sıra yerli və xarici animasiya filmlərinin nümayişləri və digər tədbirlər təşkil olunacaq. Tədbirlərdə yüzdən çox xarici qonaqların iştirakı gözlənilir.
Azərbaycan animasiya kinosu tədbirlərdə belə təmsil olunacaq:
6 dekabr, saat 10:30-da, Nizami Kino Mərkəzində, ATA Festivalı çərçivəsində “Bum-bum” animasiya filminin təqdimatı keçiriləcək. Nümayişdən sonra filmin komandası ilə müzakirə təşkil olunacaq. “Bum-bum” animasiya filmi Azərbaycan Animasiya Assosiasiyası tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və “ANİMAFİLM” Studiyasının məkan və texniki dəstəyi ilə istehsal olunub.
7 dekabr, saat 10:30-da, Nizami Kino Mərkəzində, ATA Festivalı çərçivəsində “Yer və Ay” animasiya filminin premyerası olacaq. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə müzakirə keçiriləcək. “Yer və Ay” animasiya filmi “DIP Animation” (Özbəkistan) və “PERİ FİLM” (Azərbaycan) şirkətləri tərəfindən, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA), “DIP Animation” və “ANİMAFİLM Studio” maliyyə və texniki dəstəyi ilə istehsal olunub.
8 dekabr, saat 11:00-da, Nizami Kino Mərkəzində, Bakı Beynəlxalq Film Festivalı çərçivəsində “Narqız” animasiya filminin təqdimatı olacaq. Nümayişdən sonra çəkiliş heyəti ilə müzakirə təşkil ediləcək. “Narqız” animasiya filmi Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “PERİ FİLM”studiyasının maliyyə dəstəyi ilə “PERİ FİLM” şirkəti tərəfindən istehsal olunub.
8 dekabr, saat 12:00-18:00 və 9 dekabr, saat 12:00-18:00-da, Bakı Konqress Mərkəzində O’Market – Şərq Ölkələri Kino Bazarında Azərbaycan Animasiya Assosiasiyasının stendi nümayiş olunacaq. O’Marketdə Azərbaycanda fəaliyyət göstərən prodakşn şirkətləri ilə yanaşı, Türkiyə, Misir, Qazaxıstan, Çin Xalq Respublikası, Pakistan, Polşa, Özbəkistan, Gürcüstan, Serbiya və Qırğızıstandan olmaqla, ümumilikdə 46-dan çox xarici şirkət və sənaye nümayəndəsinin iştirakı gözlənilir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən təşkil olunan Bakı Cinema Breeze Beynəlxalq Film Festivalı (BCB) 30-dan çox ölkədən iştirakçıları qarşılayacaq, 100-dən çox xarici qonağı qəbul edəcək, müxtəlif yanaşmaları və baxış bucaqlarını təmsil edən 50-dən çox filmi nümayiş etdirəcək. BCB-nin çərçivəsində bu tədbirlər gerçəkləşəcək: