

{"pictureId":"92306A50-63A0-4003-9C59-E8FA4B5FBDFF","source_type":"vicut","editType":"image_edit","data":{},"tiktok_developers_3p_anchor_params":"{"picture_template_id":"","client_key":"aw889s25wozf8s7e","capability_name":"retouch_edit_tool","source_type":"vicut"}","exportType":"image_export"}
Premyera! Bu gün, 5 yanvar — Hədis Nəcəfinin ad günündə — “Hədis” animasiya filmini dünyanın bütün tamaşaçılarına təqdim edirik! Filmi artıq “ANİMAFİLM Studio”nun rəsmi YouTube kanalında izləyə bilərsiniz. Link bio-da yerləşdirilib.
“ANİMAFİLM Studio” tərəfindən istehsal olunan “Hədis” animasiya filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin ideya və maliyyə dəstəyi ilə çəkilib.
Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis”, simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz bir dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qızın hekayəsindən bəhs edir.
Filmin beynəlxalq premyerası dünyanın ən böyük animasiya festivallarından biri olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutub. Film 50-dən çox beynəlxalq festivalda iştirak edib. Bu festivallardan yeddisi — Annecy, Bucheon, Animest, Kaboom, OFF, CINANIMA və İzmir — OSCAR kvalifikasiyalı festivallardır. Film Almaniya, Fransa, İtaliya, Qazaxıstan, Türkiyə, Gürcüstan və Azərbaycanda keçirilən festivallarda ümumilikdə doqquz mükafata layiq görülüb.
Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi göstərib.
Film haqqında daha ətraflı məlumatı www.animafilm.studio saytında tapa bilərsiniz.