

ANİMAFİLM bütün yaradıcı insanları İllüstrasiya və Qısa Hekayə Müsabiqəsinə dəvət edir!
Əgər sözlərlə dostluq edirsinizsə, və ya rənglər dənizində üzmək sizin ən sevimli məşğuliyyətinizdirsə, bu fürsət məhz sizin üçündür!
Müsabiqəmizin iki mövzusu var, iştirak üçün yaş limiti yoxdur və iştirakçılar mövzu seçimində sərbəstdirlər:
“DƏNİZ”
“İSİ və PİTİ” animasiya serialı
Müsabiqə şərtləri:
1. İllüstrasiya Kateqoriyası
Texniki göstəricilər: JPEG və ya PNG formatında.
Şərt: İllüstrasiya tamamilə orijinal olmalı və müsabiqənin mövzularından birini əks etdirməlidir.
2. Hekayə Kateqoriyası
Həcm: Maksimum 300 söz
Dil: Azərbaycan dili
Müsabiqənin sonunda:
Qalib illüstrasiya və hekayə ANİMAFİLM jurnalının aprel ayında çıxacaq ilk buraxılışında dərc olunacaq.
Eyni zamanda, illüstrasiya müsabiqəsi üzrə xüsusi seçilmiş işlər 13-17 may tarixlərində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş ediləcək.
Və ən əsası, qaliblər ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bütün nümayişlərində iştirak üçün bilet qazanacaqlar!
Son müraciət tarixi: 25 mart, 2026-cı il.
Müsabiqədə iştirak üçün aşağıdakı linkə keçid edərək iştirak forumunu doldurmağı unutmayın!
https://docs.google.com/forms/d/e/1FAIpQLSeomax5U5cG9lpGHqQAA01lsOGxhoHbcWE1Fx1LnxXuxceeZA/viewform