

9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində, 13–17 May 2026-cı il tarixlərində Bakıda baş tutacaq 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsinə qeydiyyat açıqdır.
Məqsədimiz inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli və xarici animasiya layihələrini dəstəkləməkdir.
📋 İştirak Şərtləri
• Azərbaycandan və dünyanın bütün ölkələrindən layihələr qəbul olunur.
• Layihənin ən azı 50%-i animasiyadan ibarət olmalıdır.
• Müsabiqəyə qısametrajlı filmlər, tammetrajlı filmlər və seriallar formatında layihələr qəbul olunur.
• Animasiya texnikaları və mövzular üzrə heç bir məhdudiyyət yoxdur.
• Sənədlər Azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır.
🏆 Mükafat Fondu
Qaliblər peşəkar Pitçinq Münsiflər Heyəti tərəfindən seçiləcək və 9-cu ANIMAFILM Beynəlxalq Animasiya Festivalı zamanı elan olunacaq. Qalibləri aşağıdakı mükafatlar gözləyir:
• ANIMAFILM Studiyasının Mükafatı – 500 AZN
• Dynamic Box Studiyasının Mükafatı – 500 AZN
• OB Film Studiyasının Mükafatı – 500 AZN
Müraciət Qaydası
• Son müraciət tarixi: 5 Aprel 2026-cı il.
• Qeydiyyat: Layihəni bu Google Form vasitəsilə təqdim edin:
Müsabiqə “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və ANİMAFİLM MMC tərəfindən təşkil olunur və ANİMAFİLM MMC, Dynamic Box MMC və OB Film MMC-nın dəstəyi ilə keçirilir.