

21 aprel 2026-cı il tarixində Nizami Kino Mərkəzində “Sirli xəritə” animasiya serialının “Şamaxı macəraları” adlı ilk bölümünün premyerası baş tutub. Serial Heydər Əliyev Fondunun dəstəyi ilə, “BBQ Marketing and Events” Agentliyinin əməkdaşlığı ilə “Harmony of Chaos” animasiya studiyası tərəfindən istehsal olunur. Premyerada serialın rejissoru və prodüseri Ağarəhim İbrahimov və komanda üzvləri iştirak ediblər. Tədbirn sonunda tamaşaçılarla sual-cavab sessiyası təşkil olunub.
“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar – nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.
“Sirli xəritə” animasiya serialını ərsəyə gətirənlər: səs rejissoru Hafiz İbrahimli, baş rəssam Lalə Qasım, storyboard rəssamı Fərid Əzimov, 3D qəhrəman modelləşdirmə Simran Ağayev, 3D məkan modelləşdirmə Kamran İgidəliyev, 3D animatorlar Abbas Abbasov, Emin Həsənov, Rüfət İsmayılov, Seymur Abdullayev, Toğrul Məmmədov, İlyas Babayev, vizuallaşdırma Ağarəhim İbrahimov, montaj Elçin Şükürov, səsləndirənlər Nazlı Əsgərli, Səid Məmmədyarov, Saleh Usubəliyev, Gülnarə Zülalova, Elşən Rüstəmov, Rəhim Rəhimov, Mahir Mirişov, Ofeliya Novruzqızı, səsləndirmə rejissoru Rövşən Məmmədov, səsləndirmə redaktoru İbrahim Qurbanov, dublyaj və səsləndirmə üzrə prodüser Murad Həşimov.
FOTO: AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
