

Azərbaycan animasiyası 21-26 iyun, 2026-cı tarixlərində Ansi şəhərində (Fransa) keçirilən Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində təmsil olunur.
Tədbirdə Azərbaycan Animasiya Assosiasiyasının sədri, “ANİMAFİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev və Assosiasiyanın üzvləri Nəzrin Axundova, Mehriban Əliyeva və Emil Şiran iştirak edirlər. Animasiya peşəkarlarının səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, 2025-ci ildə keçirilən 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında Emil Şiran “Qraviton” filmi üçün “Ən yaxşı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə, Mehriban Əliyeva “Komble” layihəsi üçün ANİMAFİLM Pitçinq müsabiqəsi üzrə qalib olublar, Mədəniyyət Nazirliyinin və ARKA-nın Annecy-yə səfəri mükafatı qazanıblar.
Festivalda həmçinin Almaniyanın Filmakademie Baden-Württemberg Universitetində təhsil alan tələbə Elmira Əzizxanlı ABŞ-nin Design Universitetinin Rhode Island School-da təhsil alan tələbə Leyla Qasımova iştirak edir.
Bu il dünyanın ən böyük animasiya tədbiri olan Annecy Festivalında Azərbaycan bu layihələrlə təmsil olunur: